Əsas səhifə » Körfəz Müharibəsindəki Ən Böyük Tank Döyüşü: Medina Ridge və Onun Strateji Əhəmiyyəti

Körfəz Müharibəsindəki Ən Böyük Tank Döyüşü: Medina Ridge və Onun Strateji Əhəmiyyəti

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

73 Easting Döyüşü’nün ertəsi günü, “20-ci əsrin sonuncu böyük tank döyüşü” olaraq tanınan bu döyüşdən sonra, ABŞ 1-ci Zirehli Diviziyası başqa bir mühüm tank döyüşü apardı ki, bu döyüş tarixə dünyanın ən böyük tank döyüşlərindən biri kimi keçdi.

Medina Ridge Döyüşü, 1991-ci ilin 27 fevralında, Körfəz Müharibəsi zamanı İraqda baş verdi.

Körfəz Müharibəsi

Körfəz Müharibəsi, 1990-cı ilin avqust ayında İraq prezidenti Saddam Hüseynin Küveytə hücum etməsi ilə başladı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, İraqdan Küveyti tərk etməsi üçün son tarix müəyyən etdi və bunu etmədiyi təqdirdə ciddi hərbi tədbirlər görüləcəyi bildirildi. Saddam Hüseyn bu son tarixə əməl etmədiyi üçün koalisiya qüvvələri, İraqdakı qüvvələrə qarşı geniş hava və dəniz bombardmanlarına başladı.

Bu bombardman 17 yanvar 1991-ci ildə başladı və beş həftə davam etdi, ardınca isə yerüstü hücum başladı. Bombardman o qədər təsirli oldu ki, yerüstü hücum yalnız 100 saat çəkdi və atəşkəs imzalandı. Müharibə qısa müddətdə sona çatdı.

Yerüstü Hücum

Koalisiya qüvvələrinin çoxu İraqa daxil olduğu zaman yalnız yüngül müqavimət göstərildi, çünki İraqın çox sayda əsgəri bombardmanlar sonrası döyüşə girməyə razı olmamışdı.

ABŞ-a qarşı müqavimət göstərərnlər isə, Respublika Qvardiyasının əsgərləri idi və onlar olduqca yaxşı təlim almış və birbaşa Saddam Hüseynin nəzarəti altında idi. Onlar digər İraq qüvvələrinə nisbətən çox daha yaxşı maaş və təchizat almışdılar və koalisiya qüvvələri üçün ən böyük təhlükə idilər.

27 fevralda koalisiya qüvvələri artıq İraqda böyük irəliləyişlər əldə etmişdi və minlərlə əsir almışdı. Bu tarixdə ABŞ 1-ci Zirehli Diviziyası yeddi mil uzunluğunda olan Medina Ridge-a çatdı. ABŞ ordusunu burada yaxşı güclü döyüş təcrübəsi olan Respublika Qvardiyasının hərbi birlikləri gözləyirdi.

Medina Ridge Döyüşü

350 ədəd M1A1 Abrams əsas döyüş tankı təxminən günortadan sonra Medina Ridge-a yaxınlaşdı. Buludlu və yağışlı hava şəraiti ilə vizual məsafə çox məhdud idi, buna görə də ABŞ tankçıları inkişaf etmiş optik sistemlərdən istifadə edərək dumanlı havanı aşmağa çalışırdılar.

Səddama tabe olan ordu birlikləri isə qarşılarında ABŞ qüvvələrinin mövcudluğundan tamamilə xəbərsiz idilər.

İraq qüvvələri tərs yamac müdafiə mövqeyi qurmuşdu ki, bu da düşmənin uzun məsafəli silahlarının üstünlüyünü aradan qaldırmaq və onları atəş açmaq üçün açıq mövqelərə çıxarmağa məcbur etmək məqsədini güdürdü. Lakin İraq qüvvələri ciddi bir səhv edərək tanklarını yamaçdan çox uzaqda yerləşdirmişdilər. Bu o demək idi ki, tankları lağımlarda tam olarak gizlətmək mümükün olmayacaq və bu da onları açıq hədəf edəcəkdi.

ABŞ tankları İraq tanklarını hədəf aldılar və vuna cavab olaraq, İraqın artilleriya batareyası ABŞ tanklarına atəş açmağa başladı, amma bu atışlar da boş yerdə qalırdı. Təkmilləşdirilmiş atış düzəlişləri olmasa da, ABŞ artilleriyası İraqın artilleriya mövqelərini tapdı və qarşı atəş açaraq onları tez bir zamanda susdurdu.

İki saat sonra döyüş bitdi. Bu müddət ərzində ABŞ qüvvələri 186 İraq tankını və 200-dən çox digər zirehli vasitə və artilleriyanı məhv etdi.
ABŞ isə dörd tank, bir A-10 təyyarəsi, iki hücum helikopteri və iki piyadaların döyüş maşınını itirdi. Bəzi mənbələr isə ABŞ-ın itikilərini gizlətditini və itikələrin daha çox olduğunu iddia edirlər.

Bu döyüş, Körfəz Müharibəsinin sonuncu böyük döyüşlərindən biri idi və tezliklə İraqın işğalı ilə nəticələndi.

Digər Kateqoriyalar

2025 © Azervoice