Əsas səhifə » Afrikada Fransız Mirasının Sonu: Niger və Digər Ölkələr Nə Planlaşdırır?

Afrikada Fransız Mirasının Sonu: Niger və Digər Ölkələr Nə Planlaşdırır?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Nigerin Beynəlxalq Frankofoniya Təşkilatından çıxması, Fransanın keçmiş müstəmləkələrindəki təsirinin təkcə zəifləmədiyini, həm də sürətlə çökmə mərhələsinə daxil olduğunu göstərir. Artıq bu, sadəcə siyasi etirazlar və ya müqavilələrin yenidən müzakirə olunması tələbi deyil, əksinə, fransız hegemoniyasından tam azad olmaq istəyən Afrika dövlətlərinin strateji seçimidir. Bu azadlıq mübarizəsi təkcə dil sahəsində deyil, iqtisadi və hərbi səviyyədə də aparılır.

Niger, Frankofoniya Təşkilatının qurulmasının 55-ci ildönümü ərəfəsində bu təşkilatdan çıxdığını elan etdi. Hökumət bazar ertəsi günü akkreditə olunmuş səfirlərə göndərdiyi məktubda bildirdi. Sizi məlumatlandırmaqdan şərəf duyuram ki, 7 mart 2025-ci il tarixli qeyri-rəsmi memorandum əsasında Niger hökuməti suveren şəkildə Beynəlxalq Frankofoniya Təşkilatından çıxmaq qərarına gəlib.”-deyə məlumatda bildirilir.

Yerli mənbələr bildirir ki, Niamey bu qərarı Səhil Dövlətləri İttifaqındakı tərəfdaşları – MaliBurkina Faso hökumətləri ilə bölüşüb və ittifaq səviyyəsində də yeni qərarların qəbul ediləcəyi gözlənilir. Bu isə Fransaya qarşı suverenlik uğrunda aparılan mübarizənin üç ölkə arasında genişlənə biləcəyini göstərir. Qeyd edək ki, 2023-cü ilin dekabrında Nigerin keçid hökuməti, Beynəlxalq Frankofoniya Təşkilatının Nigerin üzvlüyünü dayandırması qərarına cavab olaraq, bu təşkilatla bütün əməkdaşlıq formalarını dayandırmışdı.

Nigerin Frankofoniya Təşkilatından çıxması, təşkilata ciddi bir zərbə vurur. 20 mart 1970-ci ildə məhz Niameydə rəsmi olaraq təsis edilən bu təşkilatın əsas məqsədi fransız dilinin yayılmasını və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək idi. Təşkilatın əsasını Nigerin o zamankı prezidenti Hamani Diori, Seneqalın lideri Leopold Sedar Senqor, Tunisin dövlət başçısı Habib Burqiba və Kambocanın şahzadəsi Norodom Sihanuk qoymuşdular.

Beynəlxalq Frankofoniya Təşkilatının hazırda 88 üzvü var və onun fəaliyyəti təkcə dilin təbliği ilə məhdudlaşmır, həm də rəqəmsal sahədə əməkdaşlıq, gender bərabərliyi və iqtisadi məsələləri əhatə edir. Ancaq son illərdə təşkilat, ingilis, çin və ispan dillərinin artan nüfuzu qarşısında zəifləməkdədir. Hətta ərəb dili də getdikcə daha geniş yayılır və bu dilə maraq həm yerli əhali, həm də digər millətlər arasında artır.

Müşahidəçilər bildirirlər ki, Nigerin bu addımı, Frankofoniya Təşkilatının Fransanın "yumşaq gücü" olma missiyasını uğursuz yerinə yetirdiyi qənaətindən qaynaqlanır. Nigerin təşkilatdan çıxması, ölkənin siyasi, mədəni və geosiyasi kimliyində əsaslı bir dəyişikliyi əks etdirir.

“Milli Yenidənqurma Sessiyaları” çərçivəsində çıxış edərkən vurğulayıb ki, “Ölkənin maraqları hər cür bölünmə və fərdi sədaqətlərdən üstün olmalıdır. Nigerin mövcudluğu, özəl maraqların davamlılığını təmin edən əsas faktordur.”-deyə Nigerin hərbi lideri, general Abdelrahman Tçiani deyib.

O, həmçinin ölkənin birliyi üçün bütün vətəndaşları əməkdaşlığa və daxili münaqişələri kənara qoymağa çağırıb.

Tçiani, afrikadakı qeyri-sabitliyi "idxal olunmuş terrorizm" kimi dəyərləndirib və bu təhlükənin aradan qaldırılması üçün bölgəni təhlükəsizlik və inkişaf mərkəzinə çevirməyin vacibliyini vurğulayıb. “Heç bir ölkə daxili qarşıdurmalar və bölünmələr içində inkişaf edə bilməz. Niger yalnız öz övladlarının birliyi və həmrəyliyi ilə çiçəklənə bilər” – deyə o əlavə edib.

Nigerin dövlət başçısı xalqa barışıq çağırışı edərək deyib: “Hamını bağışlamağa və keçmişi unutmağa çağırıram. Bunu etmək çətin ola bilər, amma əgər bir şey dəyərlidirsə, o, asan olmamalıdır.”

Digər Kateqoriyalar

2025 © Azervoice