Əsas səhifə » Türkiyə Suriya ordusuna silah tədarük edəcək

Türkiyə Suriya ordusuna silah tədarük edəcək

BAKI, AzerVoice

Türkiyə Suriya ordusuna qabaqcıl hücum və müdafiə silahları tədarük etməyə başlayacaq və yüksək rütbəli bir türk zabiti Suriya Müdafiə Nazirliyinə hərbi məsləhətçi təyin olunacaq.

AzerVoice xəbər verir ki, ölkənin demokratikləşməsi və bölgədə terrorun tamamilə aradan qaldırılması üçün Türkiyə Suriyadakı yeni idarəçiliyə dəstək verməyə hazırlaşır.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Suriya ordusunun yenidən qurulması prosesində Türkiyə fəal rol oynayacaq.

Plana əsasən, Türkiyənin tədarük edəcəyi silah paketinə döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri və zirehli maşınlar daxil olacaq. Bundan əlavə, yüksək rütbəli bir türk zabitinin Suriya Müdafiə Nazirliyində hərbi müşavir vəzifəsini icra etməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı təklifin Dəməşq administrasiyasından gəldiyi bildirilir. Suriya Prezidenti Əhməd Şara fevralın 4-də Ankaraya səfəri zamanı bu məsələni yenidən gündəmə gətirib. Prezident Rəcəb Tayyib Ərdoğan və Şara arasında keçirilən görüşdə ortaq yol xəritəsi üzərində razılığa gəlindiyi iddia olunur.

Qeyd edək ki, Türkiyə uzun illərdir Suriyada sabitliyin təmin edilməsi və terror qruplaşmalarına qarşı mübarizə çərçivəsində müxtəlif hərbi və diplomatik addımlar atıb.

Digər Kateqoriyalar

2025 © Azervoice