Əsas səhifə » Bayraktar KIZILELMA yeni testini uğurla başa vurub

Bayraktar KIZILELMA yeni testini uğurla başa vurub

Bakı, AzerVoice

Baykar tərəfindən hazırlanan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA, yeni aerodinamik sistem tanımlama testindən uğurla keçib.

AzerVoice xəbər verir ki, bugün həyata keçirilən test zamanı, Bayraktar KIZILELMA, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən Afterburner yanacaq sistemini aktivləşdirilərək havaya qalxıb. TC-OZB3 nömrəli PT3 istehsal prototipi test uçuşunda aerodinamik sistemin təyin edilməsi testini uğurla tamamlayıb.

Qeyd edək ki, Bayraktar KIZILELMA-nın inkişaf mərhələsində ilk prototiplərdən əldə edilən təcrübələr əsasında istehsal versiyasında mühüm dəyişikliklər edilib. Struktur və aviyonik sistemlərdə təkmilləşdirmələr aparılıb. Bundan əlavə, Afterburner sisteminə malik mühərrik uğurla inteqrasiya edilib və test uçuşları həyata keçirilib. Yeni güclü mühərrik sayəsində Bayraktar KIZILELMA səs sürətinə yaxınlaşacaq və aerodinamik təkmilləşdirmələr nəticəsində yüksək sürətlə daha çevik manevrlər edə biləcək.

AESA radarı sayəsində geniş əməliyyat imkanlarına sahib olacaq Bayraktar KIZILELMA, müasir hava döyüşlərində və ən çətin missiyalarda üstün performans sərgiləyə biləcək.

Məlumat üçün bildirək ki, Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başladılıb. 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxan ilk prototip Çorluda yerləşən AKINCI Uçuş Təlim və Test Mərkəzinə gətirildi ilk uçuşunu həyata keçirdi. Beləliklə, cəmi bir il ərzində ilk dəfə havaya qalxaraq rekord müddətə tamamlanan layihələrdən biri oldu.

Bayraktar KIZILELMA, TEKNOFEST 2023 çərçivəsində aviasiya tarixində ilk dəfə reallaşdırılan uçuşlara imza atdı. O, Bayraktar AKINCI TİHA ilə formasiya uçuşu həyata keçirdi. 1 may 2023-cü ildə isə Türk Hava Qüvvələrinin F-16 qırıcısı (SOLOTÜRK) və F-5 jet təyyarələri ilə İstanbul üzərində formasiya uçuşu etdi.

Həmçinin qeyd edək ki, dünyanın ən böyük PUA istehsalçısı olan Baykar, Bayraktar TB2 pilotsuz uçuş aparatı üçün 34 ölkə ilə, Bayraktar AKINCI TİHA üçün isə 11 ölkə ilə ixracat müqavilələri bağladı.

Digər Kateqoriyalar

2025 © Azervoice