Əsas səhifə » Azərbaycan XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışlayıb

Azərbaycan XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışlayıb

Bakı,AzerVoice

Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

"Bu tarixi saziş Qırğızıstan-Tacikistan arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyini və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır. Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice