Əsas səhifə » Su-35 Əlcəzair hava məkanında ilk təlimini həyata keçirib

Su-35 Əlcəzair hava məkanında ilk təlimini həyata keçirib

Bakı, AzerVoice

Əlcəzair Hərbi Hava Qüvvələri Oum Bouaghi Hava Bazasından Sukhoi Su-35 qırıcıları ilə ilk əməliyyat təlim uçuşunu həyata keçirib.

AzerVoice xəbər verir ki, bu addım Əlcəzairin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığını gücləndirdiyini və ölkənin hava gücünü artırmaq niyyətində olduğunu göstərir.

Əlcəzairin Su-35 döyüş təyyarələrindən operativ şəkildə istifadəyə başlaması hərbi modernləşdirilmə prosesində kritik dönüş nöqtəsi hesab olunur. Məlumata görə, ölkənin inventarına daxil olan bəzi Su-35-lər əslində Misir üçün istehsal edilib. Lakin Misir ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən 2020-ci ildə müqaviləni ləğv etdikdən sonra həmin qırıcıların yeni alıcısının Əlcəzair olduğu bildirilir.

Bundan əlavə, Əlcəzair fevral ayında Rusiyaya beşinci nəsil Su-57 qırıcılarını sifariş edərək, bu modeli alan ilk beynəlxalq müştəri olub.

Ekspertlər hesab edirlər ki, Əlcəzairin Su-35 donanması hava döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Təyyarələrin üstünlükləri arasında AL-41F-1S mühərrikləri, İrbis-E radarı və yüksək manevr qabiliyyəti xüsusilə diqqət çəkir.

Qeyd edək ki, Rusiya bu günə qədər Su-35 döyüş təyyarələrini Çin, İran və Əlcəzairə ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice