Əsas səhifə » Türkiyə rəsmiləri Suriyada Şəraa ilə görüşəcək

Türkiyə rəsmiləri Suriyada Şəraa ilə görüşəcək

Bakı, AzerVoice

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının rəsmi görüşlər keçirmək üçün Suriyanın paytaxtı Dəməşqə səfəri başlayıb.

AzerVoice-un məlumatına görə, Türkiyə rəsmilərinin səfər çərçivəsində həmkarları və Suriya Prezidenti Əhməd Şara ilə görüşü gözlənilir.

Görüş zamanı müzakirə ediləcək məsələlər arasında devrilmiş Əsəd rejimi tərəfdarları ilə hökumət nümayəndələri arasında baş verən toqquşmaların da yer alacağı qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdi ki, Türkiyə Suriyanın birliyini, sabitliyini və ictimai sülhünü hədəf alan hər cür hücumu, terror və təxribat aktlarını pisləyir.

"Bu gərginliyin tez bir zamanda aradan qaldırılması üçün Suriya rəsmilərinə lazımi tövsiyələri veririk. Prezident Şəraanın təmkinli mövqe sərgiləməsini, hüquq çərçivəsindən çıxanların cəzalandırılacağına dair verdiyi mesajları müsbət qarşılayırıq. Şəraa, intiqam hissinə qapılmadan birləşdirici siyasət yürüdür. Suriya xalqının uzun illərdir həsrətini çəkdiyi qalıcı sülh və sabitliyə tez bir zamanda qovuşmasını səmimiyyətlə arzulayırıq",- deyə o vurğulamışdı.

Həmçinin xətırladaq ki, keçən ay Əhməd əl-Şəraanın Ankaraya etdiyi səfəri zamanı, Türkiyənin Suriya ərazisində iki hərbi baza qurması haqqında razılıq əldə edilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice