11
Bakı, AzerVoice
Heç kim heç kimi Qəzzadan çıxarmır.
AzerVoice xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp, həmçinin Rusiya ilə atəşkəs məsələsinə açıq mesajlar verib.
"Maliyyə baxımından çox dağıdıcı addımlar ata bilərəm, amma bunu etmək istəmirəm, mən sülh istəyirəm", - deyə o qeyd edib.
Xatırladaq ki, keçən ay Tramp təəccüb doğuran bir təklif irəli sürərək ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini, dağıdılmış əraziləri yenidən quraraq onları "Yaxın Şərqin Rivierasına" çevirəcəyini bildirmişdi. Bu təklif həm regional, həm də beynəlxalq səviyyədə geniş etirazlarla qarşılanıb və ərəb ölkələrinin ortaq mövqe sərgiləməsinə səbəb olub.