BAKI, AzerVoice
Suriya Prezidenti Əhməd Şaraa, ölkədə yeni hakimiyyətin qurulmasından sonra Dəməşqdəki prezident sarayına dair fikirlərini bölüşüb.
AzerVoice xəbər verir ki ,o, Əsəd rejimi tərəfindən istifadə edilən sarayda qalmağın ona narahatlıq verdiyini və bu məkanı Suriya xalqına faydalı bir yerə çevirmək üçün qətiyyətli olduğunu bildirib.
"Əsədin istifadə etdiyi sarayda qalanda içim daralır. Şama baxan bir eyvanım var. Hər gün o eyvandan Şama baxaraq düşünürəm: Əvvəlki rejim necə Şama baxıb baş verənlərdən narahat olmadı?"
O, sarayın yalnız bir iqamətgah kimi deyil, Suriya xalqına faydalı ola biləcək bir yer kimi xidmət etməsini istəyir və bunun üçün konkret addımlar atacağını vurğulayıb.
"Sarayın Suriyaya fayda verən bir məkana çevrilməsi üçün qətiyyətliyəm", – deyə o əlavə edib.
Yeni hakimiyyətin Suriya xalqının rifahına yönəlmiş siyasət yürütməyi hədəflədiyi bildirilir. Bu çərçivədə ölkədə yeni islahatların həyata keçirilməsi gözlənilir.