Bakı, AzerVoice
ABŞ-ın Nyu-York şəhərində etirazçılar, Donald Trampın rəhbər təyin etdiyi İlon Maska məxsus Tesla şirkətinin avtomobil mağazasına zorla daxil olaraq etiraz aksiyası keçirib.
AzerVoice xəbər verir ki, mağazanın qarşısında toplaşan etirazçılar, həm İlon Maskı, həm də Tramp administrasiyasının siyasətini protest ediblər.
Bir qadın, avtomobillərin üzərinə Molotov kokteyli atıb və avtomobillərin alovlanmasını izləyib.
Bu hadisələr, Donald Trampın İlon Maskı Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin etməsi ilə artan etiraz dalğasının bir hissəsi kimi qiymətləndirilir.
Nyu-York Polis Departamenti (NYPD), bəzi etirazçıların Tesla mağazasına zorla girərək orada oturaq etiraz keçirdikdən sonra saxlanıldığını bildirib. Mağaza qarşısında isə nümayişçilər "Mask seçilmiş lider deyil", "Mask getməlidir" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Donald Trampın yenidən prezidentliyə başlamasından sonra Tesla səhmləri 35 faizdən çox dəyər itirib və şirkət son on ildə ilk dəfə illik satışlarının azaldığını açıqlayıb.
Almaniyada Tesla satışları fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 76 faiz azalıb.
Bəzi Tesla sahibləri isə artıq Tesla avtomobillərinin sağçı siyasi baxışların simvoluna çevrildiyini düşündükləri üçün aldıqlarından peşman olduqlarını bildiriblər.