Əsas səhifə » Hakan Fidan Ərəb Liqasının Qəzza planını alqışlayıb

Hakan Fidan Ərəb Liqasının Qəzza planını alqışlayıb

Bakı, AzerVoice

Ərəb Liqasının Qəzzənin yenidən qurulması ilə bağlı qəbul etdiyi planı məmnuniyyətlə qarşılayırıq.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Xorvatiyalı həmkarı Gordan Radman ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edərkən deyib.

"Fələstində atəşkəsin bütün mərhələləri həyata keçirilməlidir. İsrail, beynəlxalq hüququ pozmağa davam edir",- deyə o qeyd edib.

Nazir həmçinin, Avropa və Ukraynanın təhlükəsizliyi barədə açıqlamalar verib.

"Avropanın təhlükəsizliyi yalnız Ukraynadakı müharibə ilə məhdudlaşdırıla bilməz. Uzunmüddətli və strateji baxış bucağı ilə dəyərləndirilməlidir. Avropanın təhlükəsizliyində Türkiyənin töhfəsi böyük əhəmiyyət daşıyır",- deyə Hakan Fidan bildirib.

O qeyd edib ki, sabah Ciddəyə gedərək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice