Bakı, AzerVoice
Husilər rəsmi olaraq ABŞ tərəfindən terror təşkilatları siyasıhına əlavə edildi.
AzerVoice xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət katibi Rubionun verdiyi açıqlamada deyilir.
"Bu gün ABŞ Dövlət Departamenti, Prezident Donald Trampın vəzifəyə gəldikdən sonra verdiyi sözlərdən birini yerinə yetirir və Ensarullah olaraq tanınan Husiləri Xarici Terror Təşkilatı kimi tanıdığını elan edir", - deyə açıqlamada bildirilib.
O, Trampın 14175 saylı prezident fərmanına istinad edərək, Husilərin Qırmızı dəniz və Aden körfəzindəki fəaliyyətlərinin ABŞ-ın maraqlarına zərər vurduğunu bildirib.
Xatırladaq ki, Tramp, yanvarın 23-də imzaladığı prezident fərmanı ilə Yəməndə İran tərəfindən dəstəklənən Husiləri yenidən terror təşkilatları siyahısına saldığını elan etmişdi.