Əsas səhifə » Tramp Çinə tətbiq edilən tarifləri 20 faizə qaldırıb

Tramp Çinə tətbiq edilən tarifləri 20 faizə qaldırıb

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp ölkəyə fentanilin daxil olmasına qarşı mübarizə aparmadığına görə Çinə tətbiq edilən tarifləri 10%-dən 20%-ə qaldırıb.

AzerVoice xəbər verir ki, Çinin fentanil və digər sintetik opioidlərin ABŞ-a axınının qarşısını almaq üçün kifayət qədər tədbir görmədiyini iddia edərək tariflərin 20%-ə qaldırılmasına qərar verib.

Tramp sərəncamında vurğulayıb ki, Çinin bu məsələdə passiv davranışı ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaradır.

Çin fentanil problemini həll etmək üçün yetərli addımlar atmır. Ona görə də, Çindən idxala tətbiq edilən tarif dərəcəsi 20%-ə qaldırıldı."- deyə o bildirib.

Qeyd edək ki, Tramp fevralın 1-də Çindən idxal olunan mallara 10%-lik rüsum tətbiq edən fərman imzalamışdı. Tarif fevralın 4-dən qüvvəyə minmişdi.

Lakin Tramp fevralın 27-də Truth Social hesabında etdiyi paylaşımda, martın 4-də Çinə əlavə 10%-lik tarif tətbiq ediləcəyini açıqlamışdı. Bundan sonra tariflərin daha da artacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice