BAKI,AzerVoice Analitik
Təhlil Mərkəzi
Əlcəzair və Tunis liderlərinin Qahirədə keçirilən Ərəb Liqasının
fövqəladə sammitində iştirak etməyəcəyi xəbəri, tədbirin
nəticələrinə təsiri ilə bağlı suallar doğurub. Əlcəzair prezidenti
Əbdülməcid Tebbun martın 4-də Misirdə keçiriləcək sammitə
qatılmayacağını açıqlayıb və bunun səbəbi kimi hazırlıq prosesində
bəzi ölkələrin yekun qərarları koordinasiyasız qəbul etməsini
göstərib.
Tunis də öz prezidentinin sammitə qatılmayacağını bildirib və onu xarici işlər naziri Məhəmməd Əli Nəftinin təmsil edəcəyini elan edib. Tunis rəhbərliyi bir daha Fələstinin müstəqil dövləti ilə bağlı mövqeyini vurğulayıb.
Misir rəsmiləri isə bəyan ediblər ki, bir ölkənin prezidentinin yox, nümayəndəsinin iştirakı, həmin dövlətin tədbirdə iştirak etmədiyi anlamına gəlmir və bu, diplomatik praktikanın bir hissəsidir. Sammitin əsas mövzusu Qəzzanın bərpası üçün planın müzakirəsidir və Misir bildirib ki, bütün ərəb dövlətləri bu məsələ ilə bağlı birlikdə qərar verməlidir.
Bu arada, bir sıra ərəb liderləri artıq Qahirəyə yola düşüblər. İraq prezidenti Əbdüllətif Rəşid, Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə və Küveytin vəliəhdi Sabah Xalid Əl-Həməd Əl-Sabah sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.
Keçmiş Misir nümayəndəsi səfir Mötəz Əhmədin bildirib ki, beynəlxalq sammitlərdə dövlətlər istədikləri səviyyədə təmsil oluna bilər və bu, qəbul edilmiş diplomatik normadır. Sammitin yekun sənədi bütün iştirakçıların mövqeyini əks etdirəcək və yekun qərarlar konsensus əsasında qəbul ediləcək.
Sammitin rəsmi proqramına görə, görüş martın 5-də saat 15:00-da Qahirə vaxtı ilə başlayacaq, iftar süfrəsindən sonra qapalı iclas keçiriləcək və gecə saatlarında yekun bəyanatın açıqlanması gözlənilir.