BAKI,AzerVoice
Qəzzə sakinlərinə getmək azadlığı verməyin vaxtı çatıb,AzerVoice
xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu
bildirib. O, bildirib ki, İsrail HƏMAS-la atəşkəs sazişini pozmayıb
və ABŞ Prezidenti Donald Trampın Qəzzə sakinlərinin köçürülməsi ilə
bağlı planını olduqca cəsarətli bir plandır.
Netanyahu İsrail parlamenti -
Knesset qarşısında çıxış edərək bu planı tam
dəstəklədiyini bildirib və vurğulayıb ki, minlərlə varlı Qəzzə
sakini rüşvət verərək bölgədən çıxmağa nail olub.
İsrailin Baş naziri əlavə edib: "Onlara getmək azadlığı verməyin
vaxtı çatıb. Onlara seçim azadlığı verməyin vaxtıdır."
Fələstinlilərin rüşvət verərərk bölgədən getməsini
HƏMAS və ya digər Fələstin
mənbələri təsdiq etməyib.
"Təsəvvür edilməz nəticələr"
Netanyahu HƏMAS-ı xəbərdar edərək bildirib ki, əgər qrup Qəzzədə
saxlanılan girovları azad etməsə, ağır nəticələrlə üzləşəcək.
"HƏMAS-a səslənirəm: əgər girovlarımızı
buraxmasanız, təsəvvür edə bilməyəcəyiniz nəticələrlə
üzləşəcəksiniz."-deyə o bildirib.
Netanyahu vurğulayıb ki, İsrail və Fələstin
hərəkatı atəşkəs sazişinin ikinci mərhələsinə keçməkdən çox uzaqdır
və bu, danışıqları təhlükəyə atır.
"Biz hələ də razılaşma çərçivəsindəyik, onu pozmuruq və dərhal
müharibəyə qayıtmayacağıq." Lakin əlavə edib: "Kim bilir, bəlkə də
buna ehtiyacımız olacaq."-deyə o qeyd edib.
Livan, Suriya və İran
Netanyahu Livanda Hizbullah qrupuna qarşı həyata keçirilən
"Peycerjər" partlayış əməliyyatına yaşıl işıq yandırmaq qərarından
danışaraq bildirib ki, hökuməti ölkə üçün ən uyğun qərarları, ən
doğru zamanda və yerdə qəbul edir.
Suriyaya gəldikdə, Netanyahu İsrailin druz və kürdlərə kömək əlini
uzatdığını bəyan edib.
İran mövzusuna toxunan İsrail Baş naziri vurğulayıb ki, İranın nüvə
silahı əldə etməsinə imkan verməmək üçün İsrail qətiyyətlə
fəaliyyətini davam etdirəcək.