78
Bakı, AzerVoice
Fələstinlilərin öz torpaqlarında qalmasını təmin edən Qəzzanı yenidənqurma planı hazırdır.
AzerVoice xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdül Ati deyib.
Onun sözlərinə görə, bu plan çərşənbə axşamı Qahirədə keçiriləcək fövqəladə Ərəb Sammitində təqdim olunacaq.
Əbdül Ati vurğulayıb ki, Misir plan üçün beynəlxalq dəstək və maliyyələşdirmə axtaracaq və xüsusilə Avropa bu prosesdə mühüm rol oynayacaq.
Qeyd edək ki, ərəb dövlətləri, ABŞ prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək və fələstinliləri başqa yerlərə köçürmək planını sürətlə rədd etdikdən sonra, bu ideyanın qarşısını almaq üçün ortaq diplomatik strategiya hazırlamağa çalışırlar.