Bakı, AzerVoice
İsrailin Qəzzaya humanitar yardımın girişinin dayandırması soyqırımın davamıdır.
AzerVoice xəbər verir ki, bu sözlər Qəzza
hökümətinin verdiyi bəyanatda yer alıb.
Bəyanatda vurğulanıb ki, İsrail Qəzzaya yardım girişini
dayandıracağını elan etməsi, onun verdiyi vədləri və atəşkəs
razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyini bir daha
təsdiqləyir. Bu qərarın Təl-Əvivin cinayətlərini əks etdirdiyi və
Fələstin xalqına qarşı həyata
keçirilən soyqırımın davamı olduğu qeyd edilib.
Bəyanatda, İsrailin beynəlxalq qanunları heçə saydığı və insan hüquqlarını tapdaladığı bir daha vurğulanıb. Bəyanatda bildirilib ki, İsrailin hücumları nəticəsində bölgədəki bütün istehsal və iş sektorları iflic vəziyyətə düşüb və yardım girişinin dayandırılması Qəzzadakı fələstinliləri aclığa məhkum etmək deməkdir.
Qeyd edək ki, daha öncə İsrail baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımın girişini dayandırmağı haqda qərar qəbul edib. Baş nazirin ofisinin verdiyi açıqlamada qeyd olunur ki, bu qərar HƏMAS-ın Uitkoff planını qəbul etməməsi, və İsrailli girovların təhvil verməsindən imtina etməsi fonunda qəbul edilib. Açıqlamada bildirilib ki, İsrail, girovlar azad olunmadan atəşkəsə icazə verməyəcək. Əgər HƏMAS imtina etməyə davam edərsə, bunun əlavə nəticələri olacaq.
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasının sürətləndirilməsi haqda bəyannamə imzalayıb. Rubionun verdiyi açıqlamada qeyd edilib ki, 20 yanvar tarixində hakimiyyətə gələn Tramp administrasiyası İsrailə təxminən 12 milyard dollar dəyərində silah satışına razılıq verib. O, əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini yerinə yetirmək üçün mövcud bütün vasitələrdən istifadə etməyə davam edəcəklər.