Bakı, AzerVoice
Pəncərənizə daş atılmasını istəmirsinizsə, qonşunun pəncərəsinə daş atmamalısınız.
AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər naziri Hakan Fidanın, İranın PKK/YPG-ni dəstəklədiyinə dair iddiaları ilə bağlı verdiyi açıqlamada yer alıb.
"Başqa bir ölkədə narahatlıq yaratsanız, başqaları da sizə eyni şeyi edə bilər" - deyə nazir qeyd edib.
Fidan vurğulayıb ki, dünyada artıq heç nə gizli qala bilmir və onlarda olan imkanlar başqalarında da var.
Xatırladaq ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.
"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm", - deyə Öcalanın mesajında qeyd olunub.
Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.