Əsas səhifə » Qəzza Netanyahunun Çəkici və Trampın Dəmir Ələyi Arasında

Qəzza Netanyahunun Çəkici və Trampın Dəmir Ələyi Arasında

BAKI,AzerVoice

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza, İordan çayının qərb sahili, Livan və bütün regionla bağlı planlarını icra etmək üçün son maksimum irəliləyəcək. Atəşkəs və girov mübadiləsinə dair hökumətinin imzaladığı bəzi "taktiki" razılaşmalardan isə beynəlxalq qınağı yumşaltmaq və qlobal narazılığı azaltmaq üçün istifadə edir. Onun əsas hədəfi Fələstin məsələsini tamamilə aradan qaldırmaq və eyni zamanda İranla hesablaşmaqdır.

Mövcud münaqişə son 70 ildə olmadığı qədər gərgin həddə çatıb və Netanyahunun rəhbərlik etdiyi bir hökumətlə sülh perspektivi görünmür. Onun əsas məqsədi sülh danışıqlarını pozmaq, Fələstin dövlətinin yaranmasına imkan verməmək və fələstinliləri doğma torpaqlarından tamamilə çıxarmaqdır.

Netanyahunun Strategiyası və Trampın Qayıdışı

Netanyahu ABŞ-ın keçmiş prezidenti Co Baydenin səlahiyyət müddətinin sonlarına yaxın vaxt qazanmağa çalışır və güclü İsrail tərəfdarı olan Donald Trampın yenidən Ağ Evə qayıtmasını gözləyirdi. Trampın siyasi baxışları isə İsrailin məramlarını daha açıq və hətta sərt şəkildə dəstəkləyir.

İsrailin Fələstin xalqını torpaqlarından çıxarmaq və Qəzza zolağını demoqrafik cəhətdən dəyişdirmək planı uzun illərdir ki, davam edir. 2018-ci ildə qəbul edilən “Yəhudi Millət Dövləti” qanunu, İsrailin yalnız yəhudi xalqının dövləti olduğunu elan edərək fələstinlilərin hüquqlarını tamamilə inkar etdi. Tramp administrasiyası isə bu planları tam dəstəkləməyə hazır görünür.

Ərəb Dövlətləri və Qəzzanın Gələcəyi

Ərəb ölkələrinin Səudiyyə Ərəbistanı və Misirdə keçirdiyi fövqəladə sammitlər Netanyahunun planlarını tamamilə dayandırmağa yetərli olmayacaq.
Misir hökuməti Qəzzaya alternativ bir plan təqdim edir. Bu plana əsasən, Misir və beynəlxalq şirkətlər müvəqqəti “təhlükəsiz bölgələr” yaradaraq Qəzzanın infrastrukturunu bərpa etməyi planlaşdırır. Bu təşəbbüs bir çox Avropa dövlətləri tərəfindən dəstəklənə bilər, lakin İsrailin regionda sülhə mane olmağa davam edəcəyi açıqdır.

İsrail Ordusu üçün Sual İşarələri

İsrailin müharibədəki böyük itkilərinə baxmayaraq, fələstinli döyüşçülərin müqavimət göstərməsi İsrail ordusu və siyasi dairələrində suallar doğurur. Girov mübadiləsi zamanı əks tərəfin (Fələstin) döyüşçülərinin arxayın davranması Netanyahu hökumətinin müharibə strategiyasının uğursuzluğunu göstərir. Bütün bu hərbi əməliyyatlara və genişmiqyaslı hücumlara baxmayaraq, fələstinlilərin tamamilə məğlub edilməsi mümkün olmayıb.

Netanyahunun Son Oyunları və Trampın Taktikası

Netanyahunun əsas məqsədi öz hakimiyyətini qorumaq üçün müharibəni uzatmaqdır. O, İsraili daim "müqəddəs müharibə" vəziyyətində saxlayaraq daxili dəstəyini gücləndirməyə çalışır.

Tramp isə öz növbəsində, beynəlxalq arenada daha çox qarşıdurma yaradaraq diqqəti digər məsələlərə yönəltmək niyyətindədir. Onun siyasəti Rusiya-Ukrayna müharibəsini və ABŞ-Çin iqtisadi münaqişəsini daha da qızışdırmaq üzərində qurulub ki, bu da Avropa və Çinin Fələstin məsələsinə təsir etmə qabiliyyətini məhdudlaşdıracaq.

Son Qərar: İki Dövlətli Həll, yoxsa Sonsuz Münaqişə?

Netanyahunun bütün səylərinə baxmayaraq, İsrailin sağçı dairələrində belə, münaqişənin yalnız iki dövlətli həll yolu ilə bitə biləcəyi fikri yayılmağa başlayıb. Bu düşüncə təkcə Fələstin tərəfdarlarının deyil, İsrailin siyasi analitiklərinin də müzakirə mövzusuna çevrilib.

Buna baxmayaraq, Netanyahunun son məqsədi Fələstin məsələsini birdəfəlik bağlamaqdır və bu istiqamətdə heç bir güzəştə getməyə hazır deyil. Trampın siaysi dəstəyi ilə bu siyasət daha da sərtləşə bilər. Lakin dünya hələ də Trampın hansı yeni sürprizlərə imza atacağını bilmir.


Digər Kateqoriyalar

2025 © Azervoice