Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının 8-ci Böyük Kongresində, 1547 səsin tamamını toplayaraq, yenidən AK partinin başçısı seçilib.
AzerVoice xəbər verir ki, kongresin sədri Abdullah Güler, seçki nəticələrinə görə, 1607 deleqasiyanın 1547-sinin səs verdiyini və bütün səslərin keçərli olduğunu bildirib.
Güler, Ərdoğanın 1547 səsin tamamını alaraq yenidən AK Partiyasının başçısı seçildiyini elan etdi.
Partiyanın 75 üzvdən ibarət Mərkəzi Qərar və İdarəetmə Şurası da eyni səsvermə ilə müəyyən edildi.
Məlumat üçün bildirək ki, AK Parti (Ədalət və İnkişaf Partiyası) 14 avqust 2001-ci il tarixində Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulub. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olub. Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçkilərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfərlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı. 12 iyun 2011-ci ildəki seçimlərin qalibi 49,83% səslə ƏİP oldu. Bu dəfə isə millət vəkili sayısı 327 oldu.