Bakı,AzerVoice
Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs çərçivəsində bu gün
yeddinci girov mübadiləsi həyata keçiriləcək.
AzerVoice xəbər verir ki , mübadilə
çərçivəsində HƏMAS-ın nəzarətində olan 6 israilli girovdan ikisi
artıq azad edilib, digər dördünün isə Qırmızı Xaça təhvil verilməsi
gözlənilir.
HƏMAS iki girovu - Tal Shoham və Avera Mengistunu Qırmızı Xaç qruplarına təhvil verib.
Bundan başqa, Ömər Şem-Tov, Eliya Koen, Ömər Venkert və Hişam əl-Sayed adlı dörd israilli girovun Qəzzanın mərkəzindəki Nusayrat bölgəsində azad edilməsi üçün hazırlıqlar davam edir.
Bu mübadilə müqabilində həmçinin 602 fələstinli məhbusun azad ediləcəyi gözlənilir.
Qeyd edək ki, Yanvarın 19-da qüvvəyə minən atəşkəs çərçivəsində indiyədək altı girov mübadiləsi həyata keçirilib. Ümumilikdə, İsrail 1135 fələstinli məhbusu azad edib, HƏMAS isə 13 israilli girovu azad edib.
Yeddinci mübadilə ilə birlikdə, prosesin davam edib-etməyəcəyi və növbəti mərhələdə hansı addımların atılacağı hələlik bəlli deyil.