Əsas səhifə » Dərman sektorunda Əmək yarmarkası və Biznes sərgisi keçirilib

Dərman sektorunda Əmək yarmarkası və Biznes sərgisi keçirilib

Bakı, AzerVoice

“Əczaçılar Klubu” İctimai Birliyi, “MÜSİAD Azərbaycan“ İctimai Birliyi və “Avis Tibbi Marketlər Şəbəkəsi”nin birgə təşkilatçılığı ilə fevralın 21-də Azərbaycan dərman sektorunda Əmək yarmarkası və Biznes sərgisi keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin, Tibb Universitetinin, 1 Nömrəli Bakı Tibb Kollecinin, 2 nömrəli Bakı Baza Tibb kollecinin, Sumqayıt Tibb Kollecinin, Analitik Ekspertiza Mərkəzinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Dərman sektorunda iş axtaran və çalışan mütəxəssislər üçün “#PotensialıKəşfEt” sloqanı ilə təşkil olunan tədbirin əsas missiyası Azərbaycan dərman şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, işəgötürən və işaxtaranlar arasında birbaşa əlaqələrin yaradılması və bu sahədə çalışan mütəxəssislərin şəbəkələşməsi olub.

Əmək yarmarkasında iştirak edən işəgötürən firmalar dərman sektorunda tibb və qeyri-tibb peşə və ixtisaslar üzrə işləmək istəyən işaxtaranları qəbul edib.

Biznes sərgisində isə dərman sektorunda çalışan mütəxəssislər bu sektordakı ən son yeniliklər və məhsullar haqqında birbaşa firma təmsilçilərindən məlumatlar əldə edib, sənaye üzrə aparıcı mütəxəssislərlə tanış olublar.

Tədbir uğurla başa çatıb.

Digər Kateqoriyalar

2025 © Azervoice