Əsas səhifə » HƏMAS-ın Qəzzadan Uzaqlaşdırılması - Məcburi Köç Planını Pozacaqmı?

HƏMAS-ın Qəzzadan Uzaqlaşdırılması - Məcburi Köç Planını Pozacaqmı?

BAKI,AzerVoice

Qəzza zolağının gələcəyi ilə bağlı qeyri-müəyyənlik dəvam edirkən, Misirin HƏMAS-ın idarəetmədən uzaqlaşdırılmasını elan etməsi siyasi prosesləri yeni istiqamətə aparır. Bu addım Qəzzanın yenidən qurulması, məcburi köç planı, və beynəlxalq diplomatiya baxımından vacib hesab olunur.

HƏMAS-ın idarəetmədən uzaqlaşdırılması nə dəməkdir?

Misir və ərəb liderləri Qəzzada uzunmüdətli sabitliyin yaradılması üçün HƏMAS –ın aktiv siyasi və hərbi nüfuzunun azaldılmasını zəruri hesab edir. Bu addım beynəlxalq ictimaiyyətin Fələstin probleminin süil yolu ilə həll olunmasına olan marağını artırır.

Tramp administrasiyasının "Məcburi Köç" planı və Beynəlxalq Reaksiya

Donald Tramp administrasiyası Qəzza zolağında yenidənqurma işlərinin fələstinlilərin Misir və İordaniyaya məcburi köç etməsi şərti ilə mümkün ola biləcəyini vurğulayır. Lakin bu yanaşma ərəb ölkələrində görüşk ayrılıqlarına səbəb olub və Misir Qəzzanı yenidən qurmaq üçün alternativ bir planı həyata keçirməyə hazır olduğunu bildirir.

Misirin Alternativ Planı və Beynəlxalq Dəstək

Misir xarici işlər naziri Bədr Əbdül-Atı bİldirib ki, Qəzzanı yenidən qurma plını Fələstin hakimiyyəti, ərəb və müsəlman dövlətləri ilə əməkdaşlıq daxilində aparılacaq. Bu planda fələstinlilərin torpaqlarından didərgin düşməməsi vacib amillərdən biri kimi vurğulanır.

Qəzzanın Yenidən Qurulması Perspektivdə Nə Gözıənilir?

Qəzzanın yenidən qurulması siyasi sabitlik, beynəlxalq yardım proqramları və ərəb ölkələrinin iqtisadi dəstəyi ilə paralel aparılacaq. Misirin BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlarla birlikdə çalışdığı bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice