Əsas səhifə » Azərbaycan və Suriya münasibətlərində yeni dövr: səfirlik yenidən açıldı

Azərbaycan və Suriya münasibətlərində yeni dövr: səfirlik yenidən açıldı

Bakı,AzerVoice

Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.

Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.

"Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.

Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir", - deyə XİN-dən

Digər Kateqoriyalar

2025 © Azervoice