Əsas səhifə » Suriyada terror görmək istəmirik - Türkiyə XİN

Suriyada terror görmək istəmirik - Türkiyə XİN

Bakı, AzerVoice

Biz Suriyanın ərazi bütövlüyü və siyasi suverenliyinin təmin edilməsinin tərəfdarıyıq.

AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə xarici işlər naziri Hakan Fidanın 61-ci Münhen Təhlükəsizlik Konfransının (MSC 2025) panel müzakirəsində verdiyi açıqlamada yer alıb.

“Biz qonşu dövlətlərə qarşı təhdidlər görmək istəmirik. Biz istəmirik ki, terror güclənsin, özünə dayaq tapsın. Biz azlıqların pis rəftar edilməsini istəmirik. Biz Suriyanın ərazi bütövlüyü və siyasi suverenliyinin təmin edilməsinin tərəfdarıyıq",- deyə o bildirib.

Hakan Fidan region ölkələrinin Suriya məsələsində konsensus əldə etdiyini bildirib.

Fidan vurğulayıb ki, Suriyada sabitləşmənin əsas məsələlərindən biri silahlı dəstələrin birləşməsidir.

“Suriya rəhbərliyi bu istiqamətdə düzgün addımlar atır. Bizim fikrimizcə, hər bir dövlətdə yalnız bir qanuni silahlı qüvvə olmalıdır", - deyə o qeyd edib.

Nazir qeyd edib ki, Türkiyə silahlı qrupların mövcudluğuna dözə bilməz, çünki bu, xaosa və qeyri-sabitliyə gətirib çıxarır və bu, artıq praktikada sübut olunub. O əlavə edib ki, ölkədə təhlükəsizliyi və asayişi təmin etmək üçün bütün silahlı birləşmələr vahid milli ordunun himayəsi altında birləşdirilməlidir.

O vurğulayıb ki, Suriya terror təşkilatlarına qarşı mübarizədə Türkiyənin müttəfiqi olmalıdır, çünki PKK/YPG Suriya və bütün bölgə üçün İŞİD qədər ciddi təhlükə yaradır. Nazir bildirib ki, Türkiyə, İraq və İrandan gələn beynəlxalq terrorçular hazırda İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyanın şimalında cəmləşirlər.

Türkiyənin xarici işlər naziri vurğulayıb ki, Ankaranın 14 ildir Suriyanı dəstəkləməsi Türkiyənin bu ölkədə təsir iddiaları demək deyil

O həmçinin əlavə edib ki, Suriyanın gələcəyi ilə bağlı nikbindir.

Digər Kateqoriyalar

2025 © Azervoice