Əsas səhifə » Türkiyə və Suriya terrorla mübarizəni müzakirə edib

Türkiyə və Suriya terrorla mübarizəni müzakirə edib

Bakı, AzerVoice

Türkiyə xarici işlər naziri Hakan Fidan, 61-ci Münhün Təhlükəsizlik Konfransı çərçivəsində Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iki nazir Suriyada davam edən hökumət quruculuğu prosesi, DEAŞ və PKK/YPG kimi terror təşkilatlarına qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edib.

Qeyd edək ki, daha öncə Hakan Fidan, İordaniya xarici işlər naziri Əymən əs-Səfədi və Kosovonun baş naziri Albin Kurti ilə ayrı-ayrılıqda görüşüb

Digər Kateqoriyalar

2025 © Azervoice