Əsas səhifə » Trampın Qəzza ilə bağlı açıqlamaları dünya sülhü üçün bir təhdiddir - Ərdoğan

Trampın Qəzza ilə bağlı açıqlamaları dünya sülhü üçün bir təhdiddir - Ərdoğan

Bakı, AzerVoice

Trampın Netanyahu adlı qatillə belə bir razılaşma əldə etməsini və onun çağırışlarını dünya sülhü üçün böyük təhdid kimi görürəm.

AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi müsahibədə yer alıb.

Belə ki, Türkiyə prezidenti, Trampın hazırkı bəyanatlarını və dünyanın bir çox ölkəsinə çağırışlarını doğru hesab etmədiyini və bunu müsbət qarşılamadığını bəyan edib.

İsrailin demokratik bir rejim olmadığını vurğulayan Ərdoğan, əlindəki silah və bombalarla məzlum ölkələr üçün təhlükəyə çevrildiyini bildirib.

Xatırladaq ki, fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Tramp ABŞ-ın Qəzza zolağını ələ keçirəcəyini bəyan edib.

O, Qəzzanın məhv olmuş bölgəyə çevrildiyini vurğulayaraq, oradakı fələstinlilərin qonşu ölkələrdə – xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə köçürülməsinin daha məqsədəuyğun olacağını müdafiə edib.

Tramp, həmçinin, fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çıxış yolu olmadığını iddia edib.

Digər Kateqoriyalar

2025 © Azervoice