Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq
üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanında Rusiya prezidenti
Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Tramp Ağ Evdə keçirilən imza mərasimində mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.
O, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı apardığını və müharibənin dayandırılması ilə bağlı mühüm müzakirələr apardığını bildirib.
Tramp həm Putin, həm də Zelenski ilə üz-üzə görüşəcəyini qeyd
edərək, "Biz əslində onun (Putinin) bura gəlməsini gözləyirik, mən
də ora gedəcəm, amma yəqin ki, Səudiyyə Ərəbistanında da
görüşəcəyik. İlk dəfə Səudiyyə Ərəbistanında bir araya gələcəyik və
nə edə biləcəyimizi görəcəyik. Bu müharibəni bitirmək istəyirik" -
deyə bildirib.
"Prezident Putin və prezident Zelenski hər ikisi sülh istəyir. Mən
də sülh istəyirəm. İnsanların öldürülməsini dayandırmaq istəyirəm"
- deyə bildirən Tramp, bu istiqamətdə ciddi diplomatik prosesə
başlayacaqlarını vurğulayıb.