BAKI,AzerVoice
"Heyət Təhrir əl-Şam" (HTŞ) Əhməd əl-Şəraa tərəfindən qurulmuş və "Cəbhət ən-Nusra" adı ilə tanınan, 2011-ci ilin sonunda Suriyadakı İŞİD təşkilatının bir qolu idi. Bu, Əbu Bəkr əl-Bağdadinin dəstəyi və istiqamətləndirilməsi ilə baş vermişdi. Lakin, "Cəbhə" Suriya daxilində bir sıra müharibə əməliyyatları ilə gücləndikdən sonra, xalq arasında yaxşı bir nüfuz qazandı və tərəfdarlarının sayı artdı. Bununla yanaşı, yüzlərlə xarici döyüşçü onların sıralarına qoşuldu.
İŞİD, filialın (HTŞ) əsasa quruma nisbətən güclənməsini gördü və qərarını verdi ki, Suriyayadə qolu olan Nusra Cəbhəsini ləğz etsin və onun bütün, maddi və hərbi potensialını ələ keçirsin. İŞİD hesab edirdi ki, bu onları daha da güclü edəcək.
Lakin "Cəbhət ən-Nusra" rəhbərliyi, İŞİD-ə bağlılığın İraq
təcrübəsinin səhvlər və fəlakətlərlə dolu olduğunu, məzhəb
müharibələrinə sürüklənəcəyini,inqilabın əldə etdiyi bütün uğurları
itirəcəyini gördü. Buna görə də, "Əl-Qaidə" təşkilatının lideri
Əyman əl-Zəvahiriyə beyət etməyə qərar verdi və beləliklə
aralarındakı əbədi ayrılığın hekayəsi başladı.
Bu şəkildə "HTŞ" öz siyasi xəttini fərqli, pragmatik bir şəkildə,
beynəlxalq və regional şəraiti, eləcə də Suriya xalqının yerli
cəmiyyətinin təbii xüsusiyyətlərini nəzərə alaraq formalaşdırdı.
HTŞ bunları edərkən İslam prinsiplərini də nəzərdən qaçırmad.
Bu məqalədə "HTŞ"nin ideoloji inkişaf mərhələlərini, siyasi və hərbi əqidələrini, rəhbəri Əhməd əl-Şəraanın strateji düşüncə tərzini müzakirə edəcəyik .
Yaranma və HTŞ-yə keçid mərhələsi
HTŞ-nin keçirdiyi transformasiya prosesi, 2011-ci ilin sonunda "Cəbhət ən-Nusra" adı ilə meydana çıxmasından bu günə qədər bir çox mərhələ və dəyişikliklərlə sona çatdı.
Birinci mərhələ və cihadi qanuniliyinin əldə edilməsi
Bu mərhələ 10 aprel 2013-cü ildə başladı, o zaman "Cəbhət ən-Nusra"nın rəhbəri, həmin dövrdə "Əbu Məhəmməd əl-Coulani" olaraq tanınan Əhməd əl-Şəraa, Əl-Qaidə və onun lideri Əyman əl-Zəvahiriyə beyət etdi və elə həmən genü də Əbu Bəkr əl-Bağdadi tərəfindən elan edilən İŞİD ilə əlaqələrinin rəsmən kəsildiyini elan etdi.
Beləliklə, "Cəbhət ən-Nusra" təşkilatı, İŞİD-dən ayrılaraq, Əl-Qaidənin Suriya qoluna çevrildi. Lakin Əl-Qaidə ilə bir-başa əlaqənin zəif olması bu transformasiyanın simvolik olmasına səbəb oldu.
Buna baxmayaraq, bu simvolik tabeçilik olsa da, əl-Şəraa Suriyadan kənarda heç bir fəaliyyət göstərmədi və Əl-Qaidəyə bağlılıq, yalnız İŞİD-in Suriya daxilində nüfuzunu genişləndirməsinin qarşısını almaq məqsədilə atılan bir addım kimi dəyərləndirildi. Şəraa İŞİD-dən fərqli bir cihadi çətir altında qurduğu gücünü qorumaq məqsədilə, Əl-Qaidəyə və ya İŞİD-ə bağlılıqdan daha çox, hər iki təşkilatdan müstəqil qalmaq və hərbi əməliyyatlarını sərbəst şəkildə həyata keçirmək üçün özünə yer axtarırdı.
Əhməd əl-Şəraa Suriyadan kənarda heç bir fəaliyyət göstərmədi və Əl-Qaidəyə bağlılıq yalnız İŞİD təşkilatının Suriya daxilində genişlənməsinin qarşısını ala bildi.
İkinci mərhələ və ciddi təşkilatlanma
2016-cı ilin avqust ayında "Cəbhət ən-Nusra"nın üzləşdiyi çətin şəraitlər, "Fəth Cəbhəsi"nin (bir neçə müttəfiq qrupların koalisiyası) Hələb azadlıq döyüşündəki uğursuzluqları və Əl-Qaidənin Suriya qolu üzərindəki hakimiyyət iddiaları nəticəsində Əhməd əl-Şəraa yeni bir plan təqdim edərək, digər qrupların "Cəbhət ən-Nusra"nın Əl-Qaidəyə bağlılığından narahatlıqlarını aradan qaldırmağa çalışdı. O, 14 dekabr 2014-cü ildə "Fəth aş-Şam" adlı yeni bir təşkilat yaratdı və Əl-Qaidə ilə əlaqələri kəsərək yeni quruluşun milli və yerli bir xüsusiyyət qazandığını elan etdi. Bununla yanaşı, o, birliyini qoruyub saxlayaraq, Əl-Qaidənin sərhədlərini aşan xarici təsirindən ayrıldı, amma bu dəyişiklik Əl-Qaidə lideri Əyman əl-Zəvahiri tərəfindən qəbul edilmədi. Zəvahiri, 2018-ci ilin fevralında "Hüqar əl-Din" təşkilatını quraraq, bu təşəbbüsü yenidən canlandırmağa çalışdı, lakin əl-Şəraa bu yeni təşəbbüsü tamamilə dağıtmaq üçün hərəkət etdi.
Üçüncü mərhələ və ideoloji transformasiya
Bu mərhələ, 28 iyul 2016-cı ildə başladı. HTŞ əslində "Nurəddin Zəngi Hərəkatı", "Fəcr Hərəkatı" və "Haq Cəbhəsi" kimi bir neçə qrupdan ibarət idi. Bu qrupların heç biri klassik anlamda sələfi cihadçı deyildirlər.
Bu qruplarda olan və klassik sələfi cihadçı düşüncəsinə sahib əl-Məqdəsi və Əbu Qatada Filistinli artıq təşkilatın yön və qərarları üzərində heç bir təsirə malik deyildilər.
Bu dövrdə HTŞ öz hüquqi dilini dəyişdirməyə başladı, Əl-Qaidə və
sələfi cihadizm yolundan ayrıldı və dörd fıqhi məzhəbin ( Sünni
məzhəblərinin) istinadına yönəldi, müəyyən bir istiqamətə bağlı
olmayan qərarlar qəbul etməyə başladı. Həmçinin qrupda olan yerli
suriyalılar üstünlük verilərək onları təşkilat daxili vəzifələrə
təyin etdilər.
Bu mərhələ, HTŞ-nin 2 noyabr 2017-ci ildə Suriya şimal-qərbində
"Qurtuluş Hökuməti"ni qurması ilə özünü göstərdi. Bu hökumət,
HTŞ-nin xaricindən olan müstəqil texnokratları cəlb edərək,
Şimali-Qərbi Suriya bölgəsində xidmətlər təqdim etməyə başladı.
Eyni zamanda, hökumət, xalq arasında populyarlığı olan aktivistlər
və jurnalistlər arasında dəstək toplamağa çalışdı. 2017-ci ilin
oktyabrında isə Türkiyənin nəzarət nöqtələrinin öz hakimiyyətindəki
ərazilərə daxil olmasına razı oldu və siyasi idarəetməni Əsəd
əl-Şeybaniyə ( indiki XİN rəhbəri) həvalə etdi, bu da Türkiyə ilə
HTŞ arasında və bir çox başqa ölkələrlə güclü əlaqələr qurmağa
imkan yaratdı.
Dördüncü mərhələ - Siyasi və hərbi ideologiya
Amerikalı jurnalist Martin Smitin iyun 2021-ci ilin əvvəlində çəkdiyi "Cihad" adlı sənədli filmdə Əhməd əl-Səraa Əl-Qaidə təşkilatının yanaşmasının səhv və sapmış olduğunu və 11 sentyabr 2001-ci il hadisələrinin qəbul edilməz bir cinayət olduğunu bildirib. O açıqlamasında İŞİD təşkilatının, Suriyanın HTŞ-nin nəzarətində olduğu bölgələrdə qadağan olunduğu və onların ( HTŞ-nin) İŞİD-ə qarşı mübarizə apardığını bildirib. O eyni zamanda HTŞ-nin terrorist siyahısına daxil edilməsini siyasi sifariş və ədalərsiz qərar adlandırıb. O, ABŞ və Qərblə ortaq və vacib maraqları olduğunu söyləyib və xarici jurnalistləri İdlibə dəvət edərək, onlara dünyanın həqiqətini çatdırmalarını istəyib. Əl-Şəraa, jurnalistlərin təhlükəsizliyini təmin edəcəyinə və onların azadlıqlarını qoruyacağına söz verib. O, Qərbin humanitar təşkilatlarını, çətinlik və yoxsulluq içində olan Suriyalı xalqa yardım etməyə çağırıb. Türkiyəni dost və müttəfiq bir ölkə olaraq qəbul edib və ona zərər vuracaq hər hansı bir xarici döyüşçü ilə mübarizə aparacağına söz verib.
Həmçinin, əl-Şəraa, Suriyada baş verənləri bir cəza və cinayətkar rejimə qarşı xalqın inqilabı olaraq təsnif edib və bunu cihad kimi qəbul etmədiyini qedy edib.
Əl-Şəraa öz adını və ailəsinin vəziyyətini ətraflı şəkildə açıqlamış, azlıq və məzhəb hüquqlarının şəriətə uyğun olaraq təmin edildiyini bildirmişdir. O, 2020-ci ilin mart ayında Rusiya və Türkiyə arasında imzalanan atəşkəs razılaşmasına bağlı olduğunu vurğulamışdır.
Hərbi doktrina məsələsinə gəldikdə isə, "Cəbhət-ən-Nusra"nın əvvəllər, indiki HTŞ-nin Əl-Qaidəyə bağlı olduğu bir dövr olsa da, təşkilat Suriyadan kənarda heç bir hərbi və ya təhlükəsizlik fəaliyyəti göstərməmişdir. Əslində, HTŞ-nin sıralarında 18 min suriyalı döyüşçüdən yalnız 5 min nəfəri xarici döyüşçülərdir. Ən böyük qrup isə uyğur döyüşçülərdən ibarətdir, digər döyüşçülər isə çox kiçik bir sayda ərəb və müsəlman ölkələrindən gələnlərdir.
Əhməd əl-Şəraanın siyasi baxışları ideologiyaya və hazır nəzəri
prinsiplərə əsaslanmır.O real vəziyyətə uyğun addım ata bilən bir
şəxs kimi tanınır.
O, yaxşı plan qurmağı bacaran, strateji dözümə malik və heç vaxt
hesablanmamış hərbi macəralara atılmayan bir insandır. Eyni
zamanda, fürsəti yaxşı dəyərləndirməyi bacarır.
Əl-Şəraa İdlibdəki coğrafi məhdudiyyət və resurs çatışmazlığını,
əhalinin sıxlığı və düşərgələrlə dolu olan bu bölgəni bir fürsətə
çevirmişdir. Çünki, rejim düşünürdü ki, bütün müxaliflərini İdlibə
sürgün edib və onlardan tamamilə qurtulub. Əsəd hesab edirdi ki,
müxaliflərin İdlibdə uzun müddət qalması, onların ümidi itirməsinə,
təslim olmasına və ya Avropaya köçməsinə səbəb olacaq.
İdlibin sakinləri, həm yerli əhali, həm də bütün Suriyanın müxtəlif
vilayətlərindən məcburi köçkünlərdən ibarət olub, ümumi əhali sayı
4 milyondan çox olub. Onların bir milyonu isə çadırda yaşayıdı.
Əl-Şəraa, bu insan resurslarından istifadə etməyi bacarmış və İdlibdə universitetlər açmışdır. Bu universitetlərdəki tələbələrin sayı 18 min nəfərə çatmışdır, bunlar həm kişi, həm də qadın tələbələrdir, çoxu isə HTŞ üzvlərindən ibarətdir. O, eyni zamanda bölgənin iqtisadiyyatını inkişaf etdirmək üçün bir sistem qurmuş və nəticədə İdlibin xidmətləri, resursların olmamasına baxmayaraq, Dəməşqdəkilərdən daha yaxşı vəziyyətə gəlib çatmışdır. Hərbi sahədə isə əl-Şəraa təlim düşərgələri qurmuş, hərbi akademiya təsis etmiş və müxalifət qrupları ilə ittifaqları genişləndirmişdir. O, həmçinin tam döyüş avadanlığı ilə təchiz olunmuş 17 döyüş alayı yaratmış və yerli hərbi istehsalı dəstəkləyərək, yerli istehsal olan Şahin pilotsuz təyyarələrini istehsal etmişdir.
O, güclü bir təhlükəsizlik qurumu yaratmışdır ki, bu qurum öz
təşkilatına daxil olan hər hansı bir nüfuz və parçalanma cəhdlərini
uğurla dəf etmiş və ona qarşı çevrilmiş üsyan hərəkatlarını
sıxışdırmışdır. Bütün bu hərbi, iqtisadi, xidmət və təhlükəsizlik
uğurlarına baxmayaraq, azadlıq və rejimlə mübarizə məsələsi daim
gündəmdə olan bir sual olmuşdur.
2022-ci ilin fevralında başlanan Rusiya-Ukrayna müharibəsi,
Rusiyanın bu müharibədə tükənməsi halında özünü nə qədər geri çəkə
biləcəyinə dair bir sual ortaya atdı. Ardınca, 2023-cü ilin 7
oktyabrında Qəzza müharibəsinin başlaması müharibənin necə
irəliləyə biləcəyinə dair başqa bir sual yaratdı.
Əl-Şəraa, bu hadisələri nəzərə alaraq qərarını formalaşdırdı və müharibə üçün hazırlığa başladı. O, İsrailin müharibəsi Livana yayılmağa başladıqdan sonra müharibə qərarını aldı. Lakin, döyüşün başlamadığını yalnız "Hizbullah"ın 26 noyabr 2024 tarixində İsraillə atəşkəs müqaviləsi imzaladıqdan sonra açıqladı. Müharibə qərarı 27 noyabr 2024 tarixində verildi və 11 gün ərzində, 8 dekabrda, hərbi əməliyyatlar idarəsinin qüvvələri Dəməşqin küçələrində gəzərək, Əsəd rejiminin devrilməsini elan etdi.
Beşinci məthələ - Dövlət düşüncəsinə keçid
HTŞ Əsəd rejimini devirdikdən sonra və Dəməşqə çataraq, Əl-Şaab Sarayına ( Dövlət sarayı) girməsi və Suriyanın böyük bir hissəsini və dövlətin qurumlarını nəzarət altına alması ilə, təşkilat ən vacib çətinliklə qarşı-qarşıya qaldı: təşkilatdan dövlətə keçid nə dərəcədə mümkündür? Həmçinin, bütün suriyalı tərəflərə və qruplara açılaraq, çoxpartiyalı, demokratik, sivil dövlətə keçidin necə təmin edilə biləcəyi sualı gündəmə gəldi. Aydın olur ki, HTŞ-nin rəhbərliyi mərhələnin tələblərini anlayır və bu keçidi həyata keçirmək istəyir və bu məsələdə zamanla yarış içindədilər.
Eyni zamanda, təşkilatın son 13 ildə qəbul etdiyi, gözlənilməz və cəsarətli dəyişikliklər və qərarlar, təşkilatın özünü Suriya dövlətinin və qurumlarının qurulması üçün parçalamağa getdiyini göstərir və bu, Suriyanın gələcək idarəsi üçün əl-Şəraaya olan inamı artırır. O, həmçinin, xarici döyüşçülərin davranışını illərlə nəzarət altına alaraq, bu sahədə də özünü idarə etmə bacarığını nümayiş etdirmişdir.