Əsas səhifə » Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı, AzerVoice

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzerVoice xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Digər Kateqoriyalar

2025 © Azervoice