BAKI,
AzerVoice
İran prezidenti Məsud Pezeşkian bazar ertəsi günü ABŞ-ın Tehranın
üzərinə sanksiyalar tətbiq etdiyi bir şəraitdə danışıqlara başlamaq
istəyinin səmimiliyinə şübhə etdiyini bildirib.
AzerVoice xəbər verir ki, bu bəyanat
ABŞ prezidenti Donald Trampın Tehrana qarşı "maksimum təzyiq"
siyasətini yenidən tətbiq etməsindən bir həftə sonra edilib
"Əgər ABŞ danışıqlar məsələsində səmimidirsə, niyə bizə sanksiyalar
tətbiq edir ?" -deyə o bildirib.
İran prezidenti əlavə edib ki, Yaxın Şərqdə sabitliyi pozan tərəf
İran deyil, işğalçı İsrail rejimidir.
Qeyd edək ki, Tramp ötən çərşənbə axşamı İran üzərində "maksimum
təzyiq" kampaniyasını bərpa edib. Bu kampaniyaya Tehranın nüvə
silahına sahib olmasının qarşısını almaq üçün onun neft ixracatını
tamamilə dayandırmağa yönəlmiş tədbirlər daxildir.
İran prezidenti Amerikanın danışıqlara hazır olmasına şübhə edir
72