Əsas səhifə » Yeni Suriya - Səudiyyə və Türkiyə arasında

Yeni Suriya - Səudiyyə və Türkiyə arasında

BAKI,AzerVoice

Suriya rejiminin süqut etdiyi və Bəşər Əsədin Moskvaya qaçdığı andan etibarən, Suriya məsələsi ilə maraqlananlar və izləyicilər arasında bir sual meydana çıxdı: Türkiyə Suriyada İranın yerini tutacaqmı? Suriyanın İrandan asılığı, Ankaraya asılılıqla əvəz olunacaqmı? Bir digər sual isə: “Ümumiyyətlə Ankaranın buna ehtiyacı varmı?
Hələ ki Suriya rəsmiləri bu sualların heç birinə cavab vermıyib və ümumiyyətlə bu suallaraı gündəmə belə gətirmirlər. Eyni zamanda ölkə prezidenti Əhməd Şəraa da bu kimi halların ola biləcəyi də yüksək ustalıqla inkar edildi.
O, müxtəlif istiqamətlərdə açıqlamalar verərək bildirdi ki, Suriya heç kəsə tabe olmayacaq və heç kəslə müharibəyə girməyəcək. Onun ilk səfəri Səudiyyə Ərəbistanına oldu, sonra isə Türkiyəyə səfər etdi. Suriyanın maraqları onun ətraf mühiti ilə, xüsusilə də illərlə Suriya inqilabını dəstəkləmiş Türkiyə ilə yaxşı münasibətləri tələb edir. Lakin Suriyanın əsas dayağı və ətrafı ərəb dünyasıdır və bu bir faktdır!

Coğrafi mövqeyə görə Türkiyə, Suriya inqilabı illərində ən mühüm rolu oynadı. Suriyanın siyasi, hərbi və hətta mülki qrupları var ki, Ankaraya sədaqət bəsləyirlər və olduqca normal haldır. Lakin Əhməd Şıraanın liderlik etdiyi “Heyət Təhrir əş-Şam” bu qruplardan biri deyil. Hərçənd ki, bu qrupla Türkiyə arasında dostluq münasibətləri mövcuddur, bu, Şimali Suriyada fəaliyyət göstərən “Suriya Milli Ordusu”nun bir çox qruplarında olduğu kimi asılılıq münasibəti deyil.

Bu gün Dəməşq və Ankara arasındakı münasibətləri fərqli siqnallar müşayiət edir. Şəraa bütün Suriya ərazilərində nəzarətini danışıqlar və dialoq yolu ilə bərpa etməyə çalışır. O, bir neçə dəfə Şimali-Şərqi Suriyada mövcud olan "Suriya Demokratik Qüvvələri" ( SDQ/ PKK terror təşkilatınnı Suirya qolu) ilə sülh yolu ilə həllə üstünlük verdiyini bəyan edib. Lakin Ankara hərbi həllə daha çox meyl edir, çünki o, sərhədlərini və təhlükəsizliyini təmin etmək üçün "Kürdüstan Fəhlə Partiyası"nı (PKK) və "Suriya Demokratik Qüvvələri"ni tamamilə məhv etmək istəyir.

Bəs Şəraa bu hərbi əməliyyatı təxirə salmağa və ondan yayınmağa nail olacaqmı? Görünən odur ki, Şəraa son səfərində Ankaranı siyasi həllin üstünlüklərinə inandırmağa müvəffəq olub.

Türkiyə həmçinin Suriyanın yenidən qurulması layihələrindən ən böyük payı almağa tələsir və bu onun haqqıdır. Türkiyənin bu tələskənliyi və tez-tez həyata keçirilən səfərlər, tərəflər arasında tam bir "etimadın" olmadığının göstəricisi ola bilər. Əsədin devrilməsindən bir neçə gün sonra dəniz sərhədlərinin müəyyənləşdirilməsi tələbi və Suriyanın bu tələblərə verdiyi cavab da eyni kontekstdə qiymətləndirilə bilər.

Şəraanın Dəməşqə çatmasından bir neçə saat sonra Ankara, Türkiyəyə sadiq olan Suriya müxalifət qurumlarının, xüsusilə də müvəqqəti hökumətin əməkdaşlarının maaşlarının artırılması qərarını verdi. Bəzi dairələr bu siqnalı dəyərləndirmədi. Lakin "Qələbə Konfransı"ndan təxminən on gün sonra—bu konfransda bütün siyasi qurumların buraxılması elan edilmişdi—görünür ki, koalisiya və ona bağlı qurumlar buraxılma qərarını qəbul etməkdən imtina edirlər. Bu qurumlar Türkiyə təsirində və sədaqətində qalır.

Əgər Ankara Dəməşqdəki hakimiyyətə etibar etməzsə, bu qurumlar yeni idarəetmə üçün problemə çevrilə bilər, xüsusilə də milli dialoq konfransına dəvətlərin göndərilməyə başlanıldığı anda.

Siyasi qurumlara tətbiq olunan vəziyyət, hərbi qurumlara, xüsusilə də Suriya Milli Ordusuna da aiddir. Ordunun əksər rəhbərləri Türkiyə siyasətinə meyllidirlər. Düzdür, Suriya Milli Ordusunun fraksiyaları Dəməşqdə keçirilən "Qələbə Konfransı"nda iştirak etdilər və orada Əhməd Şəraa orada ölkə prezidenti təyin olundu. Lakin onların yeni Suriya ordusuna necə inteqrasiya ediləcəyi hələ də qeyri-müəyyəndir. Suriya Milli Ordusunda bəzilərinin yüksək vəzifələrə təyin olunması, üzərində suallar olan bu təyinatlar, Ankaraya verilən sakitləşdirici mesajlar kimi oxuna bilər: 'Sizinlə pis münasibətlər istəmirik, təyin etdiklərinizi kənarlaşdırmaq niyyətində deyilik, amma mütləq sədaqət də yoxdur.'

Şəraanın Ankaraya səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Türkiyə tərəfinin mətbuata sızdırdığı məlumatlar, tərəflərin birgə müdafiə sazişi imzalayacağı, Suriyanın mərkəzində 4 Türk hava bazası qurulacağı və yeni Suriya ordusunun təlim alacağı barədə xəbərlər hələ də gerçəkləşməyib.
Bu sızmalar sadəcə fərziyyə kimi deyil, mesajlar və təzyiq vasitələri kimi qiymətləndirilə bilər.

Bəzi dairələr Türkiyənin "Təcavüzün Qarşısının Alınması" (Bəşşar Əsədin devrilməsi üçün başladılan əməliyyat) əməliyyatına ən böyük dəstəyi verdiyini hesab edirlər. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, Ərdoğan Əsədlə normallaşma prosesində az da olsa həvəsli olub. Mənbələr göstərir ki, təfərrüatlar tamamilə fərqli bir mənzərəni ortaya çıxır və bu, ayrı bir müzakirənin mövzusudur.

Bu əsla Ankara və Dəməşq arasındakı münasibətlərin pis olması deyil, lakin Dəməşqdə hesab edirlər ki, Ankara qısa müddət ərzində Dəməşqdən çox şey tələb edir. Bu isə hazırda Dəməşqdə olanlara qarşı tam bir etimadın olmadığını göstərir. Suriyanın verdiyi cavablar da tabelik münasibətlərinə işarə etmir. Şəraa öz növbəsində Ankara ilə soyuq münasibətlər qurmağa çalışmır, lakin o, Suriyanın hər kəsin dəstəyinə ehtiyacı olduğunu, heç kimi təhrik etmədən bu dəstəyi təmin etməli olduğunu yaxşı bilir. Burada açıq bir meyl var ki, yeni Suriyanın əsas dayağı ərəb dünyası, xüsusilə də Səudiyyə Ərəbistanı olmalıdır.

Türkiyə, İran və Rusiyanın Suriyadan geri çəkilməsindən yaranan boşluğu doldurmağa çalışır və Dəməşqdəki "yeni doğulmuşun hakimiyyətin qanuni atası" olduğunu göstərmək istəyir. Digər tərəfdən, Şəraa Suriyanı mümkün qədər siyasi ittifaqlardan uzaq tutmağa, Suriyanın ərəb mühitinə aid olduğunu vurğulamağa çalışır. Bu, modern anlamda ərəbçilikdir, milli ideologiya kimi deyil, eyni zamanda Suriyanın mülayim İslam mühitinə bağlılığını təsdiqləyir.

Bu balanslı yanaşma çox ehtiyat tələb edir və Şəraanın nə qədər uğurlu olduğu yaxın zamanda bəlli olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice