Əsas səhifə » Suriyada kim hara nəzarət edir?...Hərbi birləşmələrin sayı və gələcəyi (HESABAT)

Suriyada kim hara nəzarət edir?...Hərbi birləşmələrin sayı və gələcəyi (HESABAT)

BAKI,AzerVoice

2024-cü il dekabrın 8-dən sonra Suriyadakı hərbi mənzərə bir neçə hərbi qurumdan ibarət oldu və bunlar ölkə coğrafiyanı bölüşdürürlər. Əməliyyatları idarə edən qurumlar 60 faizlik əraziyə nəzarət edirlər, "Suriya Demokratik Qüvvələri" (PKK-terror təşkilatının Suriya qolu/QSD) isə ölkənin şimal-şərqində hələ də nəzarəti saxlayır. Dəraa,Suveyda və Tanf bölgələrində müxtəlif qruplar fəaliyyət göstərir, şimalda isə müvəqqəti hökumətə bağlı "Suriya Milli Ordusu" və "Milli Cəbhə" var, hansı ki, rəsmi olaraq "Suriya Milli Ordusu"na bağlı olsa da, Əsədin devrilməsindən sonra "Heyət Təhrir əl-Şam"-ın ( HTŞ) rəhbərlik etdiyi əməliyyat idarəsi bu qrupları birləşdirərək Müdafiə Nazirliyinə bağlı bir ordu yaratmağı təklif etdi.

29 yanvar 2025-ci ildə Dəməşqdə keçirilən "Zəfər Konfransı"na bütün qruplar qatıldı, yalnız "QSD" və Suveyda qrupları iştirak etmədilər. Konfransın nəticəsi olaraq, əsas qərar qəbul olundu: Əhməd Şəraa keçid dövrü prezidenti olaraq təyin edildi, bu da o deməkdir ki, bu qruplar artıq yalnız hərbi deyil, eyni zamanda inqilabi legitimliklə siyasi keçid dövrünün tərkib hissəsini təşkil edir.

Şimaldakı Hərbi Mənzərə

"Suriya Milli Ordusu" Əsəd rejiminə qarşı mübarizə aparan bir neçə müxalif qrupdan ibarət olan hərbi birləşmədir. 2017-ci ildə Türkiyənin dəstəyi ilə qurulmuş və məqsədi bütün Suriya müxaliflərini tək bir komandanın altına toplamaqdır. "Milli Ordu" İŞİD və "Suriya Demokratik Qüvvələri" (PKK-nın Suriya qolu/SDQ) ilə Afrin, Rəsəl-Ayn və Tel-Əbyəd bölgələrində döyüşüb. Təxmini rəqəmlərə görə, "Milli Ordu"nun üzvlərinin sayı 29 min nəfərdir, lakin rəsmi rəqəmlər mövcud deyil.

"Milli Ordu" üç əsas korpusdan ibarətdir və müdafiə naziri olaraq əməliyyatları idarə edən briqada generalı Həsən Həmada tərəfindən idarə olunur.

Suriya Milli Ordusunin birinci korpusu

Birinci Korpusun döyüşçülərinin sayı təxminən 9 min nəfərdir və onlar Hələb şimalı, Afrin, Rəsəl-Ayn, Tel Əbyəd Cerablus və Bab bölgələrində yerləşirlər. Korpusun komandanı briqada generalı Mütəzz Rəslandır və bütün korpusun qrupları Dəməşqə bağlı Müdafiə Nazirliyinə qoşulub və Müdafiə Nazirliyinə inteqrasiya olmağa hazır olduqlarını bildirmişlər.

Suriya Milli Ordusunin ikinci korpusu

İkinci korpusun döyüşçülərinin sayı təxminən 14 min nəfərdir və onlar Raa, Afrin, Bab və Rəsəl-Ayn bölgələrində yerləşirlər. Korpusun komandanı Fahim İssa olub, içərisində bir neçə qrup vardır və bu qruplar Dəməşqə bağlı Müdafiə Nazirliyi ilə birləşib özlərini həmin nazirlikdə həll etməyə və onunla koordinasiya və düzən yaratmağa istəklərini bildirmişlər.

Suriya Milli Ordusunin üçüncü korpusu

Suriya Milli Ordusuna bağlı üçüncü korpusun döyüşçülərinin sayı təxminən 6 min nəfərdir və onlar Azaz şəhəri və ətrafı, Bab şəhəri və Mareh bölgəsində yerləşirlər. Korpusun komandanı Azam əl-Qaribdir Qeyd etmk lazımdır ki, Suriya Milli Ordusuna aid bütün komandirlər 29 yanvar 2025-ci ildə Dəməşqdə keçirilən Zəfər Konfransına qatılmışlar.

Milli Azadlıq Cəbhəsi

Milli Azadlıq Cəbhəsi, Suriya Milli Ordusuna rəsmi olaraq bağlı olan silahlı bir qruplaşdırmadır. Bu qrup 2018-ci ilin may ayında, Suriya şimal-qərbindəki 11 qrup tərəfindən yaradılıb və 28 may 2018-ci ildə rəsmi olaraq elan edilib. Qrupun komandanı olaraq Şam Korpusundan polkovnik Fədlallah əl-Həccidir. Milli Azadlıq Cəbhəsinin təxmini olaraq 25 min döyüşçüsü var və bu qrup İdlib əyaləti və Hələb qərbində yerləşir. Bütün bu qruplar, əməliyyat idarəsi ilə yüksək dərəcədə koordinasiya içindədir və yeni idarəçiliyə bağlı Müdafiə Nazirliyinə tabe olmağa hazır olduqlarını bildirmişlər. Həmçinin,Milli Azadlıq Cəbhəsinin bütün liderləri Zəfər Konfransına qatılıb.

Heyət Təhrir əl-Şam (HTŞ)

HTŞ 28 yanvar 2017-ci ildə "Fəth əş-Şam", "Nurəddin Zəngi Hərəkatı" (sonradan bu qrup ayrıldı), "Ənsaarəddin Cəbhəsi" irləşməsi ilə qurulmuşdur.

HTŞ və müttəfiqləri, Suriya şimal-qərb bölgəsinə nəzarət edərək, "Fəlah hökuməti" adlanan bir mülki idarə yaratmışdır. 2020-2024-cü illər arasında atəşkəs dövrü zamanı, 18 döyüşçü alayı yaratmaq üçün əməliyyatlar həyata keçirmişlər. Bəzi müttəfiqləri ilə birlikdə, məsələn "Türkistan İslam Partiyası", "Qafqaz Cəbhəsi", "Təhditə Qarşı Dəstək", "Cəbhə Əziz" və "Şam Azadları"nın rəhbərliyi altında Əsəd rejiminin süqutu üçün əməliyyatı planlamış və bu əməliyyat 27 noyabr 2024-cü ildə başlamış, 8 dekabr 2025-ci ildə Əsəd rejiminin düşməsi və hərbi əməliyyatların Dəməşqə daxil olması ilə nəticələnmişdir.
Aydın olan budur ki, HTŞ və müttəfiqləri ən yüksək nizam-intizam və hazırlıq vəziyyətindədirlər və yeni Dəməşq idarəsi altında Müdafiə Nazirliyinə tabe olmaq üçün hazırdırlar. HTŞ,-yə daxil olan bütün birliklərin rəhbərləriZəfər Konfransına qatılıb.

Suiryanın Şimal-Şərq Bölgəsindəki Hərbi Mənzərə

Suriya Demokratik Qüvvələri (PKK-nın Suriya qolu/SDQ) Strukturu, Yayılması və Sayı

SDQ 2015-ci ilin payızında, Suriya şimalında, Kürd əhalisinin əksəriyyət təşkil etdiyi, Həsəkə vilayətindəki Qamışlı şəhərində qurulmuşdur və burada SDQ -nin əsas əməliyyatları həyata keçirilmişdir.Başlanğıcdan, SDQ ABŞ tərəfindən birbaşa dəstəkləndiyi və İŞİD ilə “mübarizə” aparan beynəlxalq koalisiyanın yerli tərəfdaşı olaraq qurulmuşdur. 2014-cü ilin sentyabr ayında koalisiyanın qurulmasından sonra, onun qüvvələri Suriyada və İraqda silahlı qrupları və təşkilatları dəstəkləməyə başlamışdır. ABŞ Müdafiə Nazirliyinə (Pentagon) görə, 2017-ci ilin mart ayında SDQ -nin 40%-ni kürdlər təşkil edirdi, digər 60%-ni isə ərəb döyüşçüləri təşkil edirdi, baxmayaraq ki, digər mənbələr ərəblərin nisbətinin daha az olduğunu göstərir. Buna baxmayaraq, ümumi razılıq var ki, SDQ -nin rəhbərliyi kürd elementinə aiddir. Bütün bunlarla yanaşı SDQ tərkibində, fransız, erməni, alman və digər ölkələrdən olan muzdlü döyüşçülər var.

SDQ –ni Təşkil edən Qüvvələr:

1."Xalq Müdafiəsi Birlikləri": Kürd hərbi qüvvələri olan bu birliklər, SDQ-nin əsasını təşkil edir və ABŞ tərəfindən hərbi dəstək almışdır. 2014-cü ildə "Xalq Müdafiəsi Birlikləri" yaradılıb, "Demokratik İttifaq Partiyası"nın sol qanadının silahlı qoludur və bu partiya, PKK-nın Suriya qoludur. Bu birliklər Həsəkə vilayətinin müxtəlif bölgələrində yerləşir və təxmini 20000 döyüşçüsü var.

2."Qadınların Müdafiəsi Birlikləri": "Xalq Müdafiəsi Birlikləri"nin qadın hissəsi olan bu birlik, "Suriya Demokratik Qüvvələri"nin bir hissəsidir.

3."Süryani Hərbi Şurası": Qamışlı şəhərində yaranmış bu qurumun döyüşçüləri təxminən 70 nəfərdir.

4."Sənədilər Qüvvələri": Həsəkə vilayətində yerləşən, Şəmər qəbiləsinə aid olan bu qüvvənin təxminən 2000 döyüşçüsü var və onu Nüər Həmidi Cərbə rəhbərlik edir.

5."Rəqqa İnqilabçıları": Rəqqa şəhərindən olan bu qüvvə 1500 döyüşçüdən ibarətdir və çoxu "Alvədə" qəbiləsindən olan döyüşçülərdir. Onlara Əhməd Osman bin Aluş (Abu İssa Rəqqa) rəhbərlik edir.

6."Deyr əz-Zor Hərbi Şurası": Bu qüvvə 15000 döyüşçüdən ibarətdir və "Əl-Əkîdət" və "Bəkərə" qəbilələrinə aiddir. Rəhbəri İyad Turki əl-Xəbilidir.

SDQ -nin ərəb tərkibi ilə kürd qüvvələri arasındakı əlaqə yalnız coğrafiya və ABŞ dəstəyi ilə məhdudlaşır. Buna görə də, ərəb tərkibinin siyasi baxışları "Xalq Müdafiəsi Birlikləri"nin baxışlarından tamamilə fərqlidir. "Xalq Müdafiəsi Birlikləri", hələ də Müdafiə Nazirliyinə daxil olmağı, yalnız özünün xüsusi coğrafi və təşkilati strukturu ilə Şimal-Şərq Fərat bölgəsində qəbul edir, bu isə yeni Dəməşq administrasiyası tərəfindən rədd edilir.

SDQ-yə təzyiqlər çoxdur ki, bunlar onu Müdafiə Nazirliyinə qoşulmağa razı sala bilər, məsələn, ərəb etirazları, Türkiyənin haqlı təhdidi, ABŞ-ın bölgədən çəkilmə ehtimalı. SDQ və onun tərkib hissəsi olan bütün qruplar PKK terror təşkilatının Suriya qolu hesab edilkir və onlar Zəfər Konfransına qatılmağı rədd ediblər.

Suriyanın cənubunda hərbi mənzərə

"Dəraa Qrupları” 2018-ci ildə Rusiyanın Deraa əyalətini işğal etməsindən sonra Rusiyanın və ABŞ ilə İordaniya arasında əldə olunan razılaşma nəticəsində qurulub.

2018-ci ildən sonra və Rusiyanın bölgəyə daxil olmasından sonra ən önəmli hərbi qrup "Səkkizinci Alay"dır, bu alayın rəhbəri Əhməd al-Avdədir və əvvəllər "Rusiyanın Beşinci Korpusu" ilə əməkdaşlıq edirdi. Alay, Busrə əl-Şam, Hərak, Xərbə Gəzələ və Dəraa əyalətinin şərq bölgəsində, həmçinin Suveydə əyalətinə yaxın bir sahədə yayılıb və təxminən 800 döyüşçüsü var.
Suriya yeni idarəsi tərəfindən silahlı qrupları vahid bir orduya inteqrasiya etmək təklif edildikdən sonra, Əhməd al-Avdə öz silahını təslim etməyə və ya hərbi quruluşunu həll etməyə və yeni idarəyə qatılmağa hazır olduğunu açıq şəkildə inkar edib.

Dəraa ərazisindəki qruplar kiçik olsa da, ağır silahları var və onlar arasında bir həmrəylik, qarşılıqlı dəstək və yaxşı əlaqələr mövcuddur.

Cənub bölgəsi ən narahat bölgələrdən biridir, baxmayaraq ki, hərbi əməliyyatlar idarəsinin Dəraada genişlənməsi və oradakı postları və dövlət müəssisələrini ələ keçirməsi nəticəsində vəziyyət dəyişib. Bu qrupların əksəriyyəti hərbi əməliyyatlar idarəsi və "Cəbhət əl-Nusra" ilə qarşıdurma istəmir.

Bütün bunlara baxmayaraq, Dəraada olan bütün qruplar, hətta Əhməd al-Avdə, Zəfər Konfransı"na qatıldılar.

Suveyda

Süveyda’dakı ən önəmli hərbi qruplar bunlardır: "Cəmiət əl-Karama" - Şeyx Buxəsn Yəhya əl-Həccar tərəfindən idarə olunur, "Şeyx əl-Karama Qüvvələri" - Leys əl-Bələs tərəfindən rəhbərlik edilir, "Azadlar Yığması" - Şeyx Süleyman Əbdülfəqi tərəfindən idarə olunur.

Həmçinin "Cəbhət əl-Cəbəl" adlı bir qrup var, əvvəlki rəhbəri Mərhəc əl-Cərmani idi, o, öldürülüb və yerinə yeni rəhbər təyin olunmayıb.

Bu qrupların sayı dəqiq bilinmir, çünki Suveydadakı qruplar ideoloji qruplar deyillər. Bu qruplar Suveyda və Dəməşq bölgələrində, məsələn, Cərmana və Sahnaya (Dəməşqin kəndləri) yayılarak, Dürzi əhalisinin çoxluqda olduğu əraziləri qorumağa və İŞİD təşkilatının hücumlarını qarşısını almağa, habelə Suriya hökumətinə bağlı olan tərəfdarlarla mübarizə etməyə çalışırdılar.

Amma hələ də bu qruplar Müdafiə Nazirliyinə qoşulmağa və silahlarını təslim etməyə razı olmurlar. Bəziləri Dəməşqə gedib yeni rəhbərliklə görüşmüş olsa da, məsələn, Süleyman Əbdülfəqi, amma Şeyx əl-Həcəri Müdafiə Nazirliyinə qoşulmağı rədd edərək, yalnız Suriya konstitusiyası yazıldıqdan sonra, Suveydanın hüquqlarını təmin edəcək və mülki dövlətin qurulmasını təmin edəcək bir müqavilə olmasını şərt qoymuşdur. O, həmçinin ordunun milli, qeyri-əyalətli bir ordu olmasını tələb etmişdir. Bu səbəbdən, Suveyda qruplarının Zəfər Konfransına qatılmaması onların mövqeyinə dair şübhələrə yol açmışdır.

Suriya Azad Ordusu

2015-ci ildə, ilk dəfə olaraq "Yeni Suriya Ordusu" və ya "İnqilabçı Xüsusi Qüvvələr" adı altında tanınan bir quruluş meydana çıxdı. Bu, ABŞ və İordaniya tərəfindən dəstəklənmiş və təlim verilmiş bir ordu idi və məqsədi İŞİD və Suriya hökumətinin qüvvələrinə qarşı mübarizə aparmaq, həmçinin Suriyadakı İran təsirlərinə qarşı durmaq idi. Bu ordu, ABŞ-ın İordaniya və İraq ilə sərhəddə yerləşən Tənf hərbi bazasını öz mərkəzi olaraq qəbul etdi.

Fərqli qiymətləndirmələrə görə, "Suriya Azad Ordusu"nun döyüşçülərinin sayı 2500 civarındadır. Onlar yerli qəbilələrin nümayəndələridir və davamlı olaraq ABŞ tərəfindən təlim keçirilir. 2022-ci ildə "Suriya Azad Ordusu" adını qəbul etdi və yeni rəhbər olaraq Fərid Qəsimi təyin etdi. Lakin, 2024-cü ildə Fərid Qəsim vəzifəsindən azad edildi və yerinə Salim Əntəri təyin olundu. Hal-hazırda, Salim Əntəri bu orduya rəhbərlik edir.
"Suriya Azad Ordusu" yeni idarə və Müdafiə Naziri Məhəf Əbu Qəsrə ilə bir neçə görüş keçirdi və sonunda bu ordu, Müdafiə Nazirliyinə və yeni idarəyə tabe olmaq üçün razılaşdı. Həmçinin, quruluşun rəhbərləri "Zəfər Konfransı"na qatıldılar və oradakı bütün qərarları dəstəklədilər."

Aydın olur ki, Dəməşqdəkı yeni hakimiyyət, müxtəlif hərbi qrupları vahid bir müdafiə ordu quruluşuna daxil etmək və milli bir döyüş doktrinası tətbiq etmək üçün bir çox çətinliklərlə üzləşəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice