BAKI,AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriyada yeni dövr və Yaxın Şərqdəki hadisələrlə bağlı vacib açıqlamalar verib.
AzerVoice xəbər verir ki, Fidan Trampın Qəzza planını qəbuledilməz hesab edir.
Atəşkəs razılaşmasının icrasına toxunan Fidan qeyd edib ki, hazırda birinci mərhələ davam edir. O, humanitar yardım, çadırların keçidi və insanların ehtiyaclarını ödəyəcək yardımların çatdırılması ilə bağlı müəyyən problemlərin olduğunu və bunları region ölkələri ilə birlikdə həll etməyə çalışdıqlarını bildirib.
Fidan həmçinin vurğulayıb ki, Netanyahu girovları geri aldıqdan sonra Qəzzada müharibəni yenidən başlatmağa cəhd göstərə bilər. Buna görə də təminatçı ölkələr qəti mövqe ortaya qoymalıdır.
Bununla yanaşı Hakan Fidan, Milliyyətçi Hərəkat Partiyasının lideri Devlət Bahçelinin terrorsuz Türkiyə çağırışının mühüm olduğunu qeyd edib. O, heç kimdən icazə gözləmədən, yalnız ölkənin xeyrinə və müstəqil qərarı ilə bu mübarizəni aparmağın olduqca vacib olduğunu bildirib.