Bakı, AzerVoice
Xarici işlər naziri Hakan Fidan Ankarada Misirin xarici işlər
naziri Bedr Abdulati ilə görüşüb.
AzerVoice xəbər verir ki,iki nazir
görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Bölgədəki problemlərin yalnız regional çərçivədə qalmadığını vurğulayan Fidan, Qəzzada atəşkəsin əldə olunması üçün Misirin göstərdiyi səylərə görə təşəkkür edib.
"Mən Dohada Həmas siyasi bürosunun üzvləri ilə görüşdüm və Həmas tərəfi atəşkəs şərtlərini yerinə yetirməkdə tərəddüd etmir. Lakin Netanyahu hökumətinin gələcək addımları ilə bağlı narahatlıq var. Müharibənin yenidən başlaması ehtimalı sülhü dəstəkləyən hər kəsi narahat edir." - deyə Fidan bildirib.
O, Qəzzadakı humanitar vəziyyətin ciddiliyini qeyd edərək, Türkiyənin bölgəyə 97 min ton yardım göndərdiyini və xüsusilə çadır, yanacaq və tikinti texnikasına ehtiyacın olduğunu vurğulayıb.
Fidan fələstinlilərin öz torpaqlarından çıxarılmasına qarşı Türkiyənin qəti mövqeyini də ifadə edədərək, Misirlə həmrəy olduqlarını bildirib.
Türkiyə müəyyən sayda fələstinli məhbusların qəbul edilməsi məsələsinə müsbət yanaşdığını bildirən Fidan, bu yaxınlarda 15 fələstinlinin həbsdən azad edilərək Türkiyəyə gətirildiyi məsələsinə də diqqət çəkib.