BAKI, AzerVoice
Suriya Dövlət Başçısı Əhməd Şəraa, iki günlük uğurlu Səudiyyə Ərəbistanı səfərindən sonra bu gün Ankaraya gəlir.
AzerVoice xəbər verir ki,Suriya Prezidenti, Səudiyyə
Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana Suriya və onun xalqına
göstərdiyi dəstəyə görə minnətdarlığını və təqdirini ifadə
edib.
"Biz, Suriyanın gələcəyini qurmasına dəstək olmaq üçün həqiqi bir
arzu və Suriya xalqının iradəsini, ölkənin birliyi və ərazi
bütövlüyünü qorumağa yönəlmiş istək gördük."-deyə o bildirib.
Məhəmməd bin Salman və Şəraa, Suriyadakı son hadisələri və ölkənin təhlükəsizliyini və sabitliyini dəstəkləmək üçün atıla biləcək addımları müzakirə ediblər.
Digər tərəfdən, Türkiyə Prezidentliyi dünən açıqlama verərək,
Prezident Şəraanın bu gün Ankaraya gələcəyini bəyan edib. O,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Suriya
iqtisadiyyatının inkişafı, təhlükəsizlik və daimi sabitliyin təmin
edilməsi üçün mümkün ortaq tədbirləri, həmçinin Suriyadakı son
inkişafları müzakirə edəcək.
Türkiyə və Suriya arasındakı münasibətlər uzun illər
ərzində dalğalanmalarla müşayiət olunub. Hər iki ölkə qonşu olsa
da, tarixi, siyasi və geosiyasi faktorlar səbəbindən əlaqələr
gərgin və dəyişkən olub.
Əsas Məsələlər və Münasibətlərin Gedişatı- 2011-ci ildən əvvəlki dövr
1998-ci ildə imzalanan Adana müqaviləsi, Türkiyə ilə Suriya arasındakı münasibətlərin normallaşmasının başlanğıcı oldu. Bu müqavilə çərçivəsində Suriya, PKK terroir təşkilatının lideri Abdullah Öcalanı ölkədən çıxardı və təşkilata dəstək verməyəcəyinə dair öhdəlik götürdü.
2000-ci illərdə Əsəd rejimi ilə Ərdoğan hökuməti arasında yaxın münasibətlər formalaşmağa başladı. Viza rejimi ləğv olundu, ticarət əlaqələri gücləndi.
Suriya müharibəsi və Türkiyənin mövqeyi (2011–2023)
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Türkiyə Əsədin istefasını tələb edən ölkələrdən biri oldu.
Türkiyə Suriya müxalifətinə və Azad Suriya Ordusuna (ASO) açıq dəstək verdi.
Türkiyə, 2016-cı ildən başlayaraq Suriya ərazisində bir neçə
anti-terror əməliyyatı keçirdi:
"Fərat Qalxanı" (2016) – İŞİD və YPG/PYD terror təşkilatlarına
qarşı həyata keçirildi.
"Zeytun Budağı" (2018) – Afrində PKK/YPG-nin mövqelərinə qarşı
əməliyyat aparıldı.
"Barış Pınarı" (2019) – Türkiyə sərhədlərindəki PKK qüvvələrinin
zəiflədilməsi məqsədi ilə həyata keçirildi.
"Qalxan və Bahar" əməliyyatları (2020) – İdlibdə Əsəd qüvvələrinə
qarşı aparıldı.
Son dövrlərdə münasibətlərin normallaşması cəhdləri
2022-ci ildən başlayaraq Türkiyə və Suriya arasında münasibətlərin normallaşdırılması üçün diplomatik görüşlər keçirildi.
Rusiya və İran bu prosesi vasitəçilik edərək dəstəkləyirdi lakin
du dəstək yalnız Moskva və Tehran maraqları daxilindi idi.
Türkiyə, Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini, lakin sərhəd
təhlükəsizliyi və qaçqın məsələləri ilə bağlı konkret addımlar
gözlədiyini bildirir.
Əsəd hakimiyyəti zamanı əsas mübahisəli məsələlər
Türkiyənin Suriyadakı hərbi mövcudluğu – Əsəd hökuməti bunu işğal kimi qiymətləndirirdi.
Suriya qaçqınları – Türkiyə içərisində bu məsələ ciddi daxili siyasi müzakirə mövzusu idi.
PKK/YPG məsələsi – Türkiyə, ABŞ və bəzi Qərb ölkələrinin Suriyadakı terrorçu qruplaşmalarına dəstəyindən narahatdır.
Bu çərçivədə, Əhməd Şəraanın Türkiyə səfəri iki ölkə arasında yeni səhifə açmaq üçün mühüm addım ola bilər.