BAKI,AzerVoice
Suriya prezidenti Əhməd Şəraanın ilk səfərini Səudiyyə
Ərəbistanına etməsi , həm Suriyadakı rəsmi siyasətin Əsəd sonrası
dövrü ilə bağlı bir çox mənaları ortaya qoyur, həm də Səudiyyə
Ərəbistanının siyasətinə dair əhəmiyyətli işarələr verir.
Suriya rejiminin çökməsi və İranın var gücü ilə dəstəklədiyi Əsədin
ölkəni tərk etməsi dünya üçün şok oldu. Əsədin ölkədən
qaçması sonrasının hər kəs Səddam rejimin devrilməsi sonrası İraq
şiələrinin sünnilərdən intiqamı alacağı ilə eyniləşdirərək, bu dəfə
sünnilərin İranın dəstəklədiyi şiə və ələvilərdən illərin
intiqamını alacağını düşünürdülər. Lakin buna baxmayaraq
gözlənilənlər olmadı və Şəraa heç kimdən intiqam
almadı.
Əsədin qaçmasından sonra beynəlxalq, ərəb və regional reaksiyalar
birmənalı olmadı. Bəzi dövlətlər münasibət qurmaq məsələsində
gözləməyi və təxirə salmağı seçdi, digərləri isə Suriya təcrübəsini
qəbul edib ona dəstək olmağa qərar verdilər.
Dünyanın müxtəlif ölkələrinin rəsmiləri Dəməşqə gedib Əhməd Şəraa
ilə görüşdülər. Görüşən hər kəsin ortaq fikri, onun ağıllı,
praqmatik olması və Əsəd sonrası Suriya üçün aydın bir planının
olduğuydu.
Bütün bunların fonunda Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Əmir
Feysəl bin Fəhranın 2025-ci il Davos İqtisadi Forumunda etdiyi
açıqlama diqqət çəkdi. O, yeni Suriya hökumətinin "gizli və
açıq şəkildə doğru şeyləri söylədiyini və beynəlxalq ictimaiyyətlə
düzgün istiqamətdə hərəkət etmək üçün açıq olduğunu"
bildirdi. Bu mesaj, şübhələnən və tərəddüd edənlərə, eləcə də bəzi
pozucu niyyətləri olanlara göndərilən bir mesaj idi,
xüsusən də İrana.
Əhməd Şəraa, ölkənin prezidenti olaraq təyin edildikdən sonra onu
ilk təbrik edən ölkələrdən biri olan Səudiyyə Ərəbistanını ziyarət
edəcək. Kral Salman bin Əbdüləziz və Vəliəhd Şahzadə Məhəmməd bin
Salman, Şəraanın təyinatı elan edildiyi anda təbrik mesajları
göndərdilər.
Bəzi siyasərçilər Səudiyyə Ərəbistanının roluna yalnız bir tərəfdən
baxa bilər, belə ki onlar hesab edirlər ki, bu səfər maliyyə və
iqtisadi dəstək, eləcə də bərpa prosesi üçün yardım istəməkdir.
Lakin suriyalıların gözlədikləri yalnız maliyyə və iqtisadi
dəstək deyil. Səudiyyə Ərəbistanı, təhlükəsizlik və siyasi
sabitliyi dəstəkləməkdə, Suriyanın Əsəd sonrası İranın maraq
dairəsindən çıxmasında rol almaq istəyindədir.
Əsəd ailəsinin hakimiyyəti ələ keçirməsindən bəri Suriya, bölgədə
gərginlik mənbəyi olmuşdur və İranın ərəb ölkələrinə qarşı istifadə
etdiyi “bufer zona” hesab edilmişdir.
Əsədin hakimiyyətinin 24 ili ərzində Suriya, ərəb dünyası ilə açıq
düşmənçilik etdi. Əsəd ölkəni PKK, ASALA kimi terror
təşkilatlarının yuvasına çevirdi.
Suriya İslam Əməkdaşlığı Təşkilatı daxilində Azərbaycanın
işğal altında olan torpaqları haqqında bir dəfə də olsun qənaətbəxş
çıxış etmədi.
Təbii ki, bu da Suriyada Ermənistan və İran faktorunun daha güclü
olmasının və xüsusən də Əsədin erməni sevdalısı olmasının
göstəricisi idi.
ASALA terror təşkilatı və Suriya əlaqəsi
ASALA (Erməni Gizli Ordusu – Armenian Secret Army for the
Liberation of Armenia) terror təşkilatı 1975-ci ildə qurulmuş
erməni terror təşkilatıdır. Təşkilat əsasən Türkiyə diplomatlarına
və vətəndaşlarına qarşı terror hücumları həyata keçirmişdir.
ASALA-nın Suriya ilə əlaqəsinə gəldikdə:
1. Suriya ASALA-nı dəstəkləyib – 1970-1980-ci illərdə ASALA
üzvlərinin bir çoxu Suriyada sığınacaq tapıb. Suriya hökuməti və
təhlükəsizlik qurumları ASALA-nın fəaliyyətlərinə dolayısı ilə
dəstək verib.
2. Terror düşərgələri – ASALA üzvləri Livan və Suriya ərazisində,
xüsusilə də Suriya nəzarətində olan Bekaa vadisində təlim
düşərgələri qurmuş və burada terror hazırlığı keçmişlər.
3. Suriya ilə Ermənistan arasında əlaqələr – Ermənistan müstəqillik
qazandıqdan sonra Suriya ilə yaxın münasibətlər qurdu. ASALA-nın
bəzi keçmiş üzvləri də bu əlaqələrdən faydalandı.
4. Suriyadakı erməni icması – Suriya, xüsusilə də Halep şəhəri,
böyük erməni icmasına ev sahibliyi edib. ASALA bəzi fəaliyyətlərini
bu icma üzərindən təşkil edib.
Bütün bu faktorlar ASALA-nın Suriya ilə birbaşa və dolayısı
əlaqələrə sahib olduğunu göstərir.
Azərbaycan və Suriya arasındakı münasibətlərinə gəlincə:
Azərbaycan və Suriya arasında diplomatik əlaqələr
1992-ci ildə qurulub. Lakin bu əlaqələr heç vaxt yüksək səviyyədə
inkişaf etməyib və iki ölkə arasında məhdud siyasi, iqtisadi və
mədəni münasibətlər mövcud olub.
Siyasi münasibətlər
1. Dağlıq Qarabağ münaqişəsi – Suriya Ermənistanla yaxın əlaqələrə
malik olduğuna görə Qarabağ münaqişəsində açıq şəkildə Azərbaycanın
mövqeyini dəstəkləməyib. Suriyada böyük erməni icması mövcuddur və
bu icma Ermənistanla sıx əlaqələr saxlayır.
2. Suriya müharibəsi və Azərbaycanın mövqeyi – Azərbaycan Suriya
vətəndaş müharibəsinə müdaxilə etməyib və neytral mövqe nümayiş
etdirib.
3. Azərbaycan və Türkiyə faktoru – Azərbaycan Türkiyə ilə strateji
tərəfdaşdır, Türkiyə isə Suriya hökuməti ilə gərgin münasibətlərə
malik idi. Əsəd rejimi də Azərbaycanın neytral mövqeyuinə
baxmayaraq, rəsmi Bakıya, Dəməşq-Ankara münasibətləri çərçivəsində
yanaşıb.
İqtisadi və humanitar əlaqələr
İki ölkə arasında ciddi iqtisadi əməkdaşlıq mövcud deyildi, yalnız
bir zamanlar Bakı-Hələb-Bakı aviamarşturu bir neçə il fəaliyyət
göstərib.
Azərbaycanın Suriya ilə ticarət dövriyyəsi minimaldır.
2011-ci ildən sonra Suriya müharibəsi səbəbilə əlaqələr bu əlaqələr
daha da zəiflədi.
2023-cü ildə Suriya zəlzələsindən sonra Azərbaycan humanitar yardım
göndərdi.
Mədəni və diaspor əlaqələri
Suriyada azərbaycanlı icması çox kiçikdir.
Azərbaycanda isə Suriya diasporu mövcud deyil.
Ümumilikdə, Azərbaycan və Suriya arasında münasibətlər məhdud
xarakter daşıyır və hər iki ölkənin xarici siyasət prioritetlərində
bir-birinə böyük yer ayrılmır.
Suriyada müharibə başlayana və aktiv fazaya keçənə qədər iki ölkə
rəsmiləri arasında 2010-və 2011-ci illərdə telefon danlşığı
olub.
Əsəd rejiminin çökməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev
bu haqda açıqlama verərək, : “ Biz bir çox müsəlman
ölkələrinə yardımlar etmişik. Düzdür, biz bununla öyünmürük və
edəndə də bunu çox da işıqlandırmırıq. Amma hətta mətbuata gedən
məlumat kifayətdir deməyə ki, bu sahədə də çox fəalıq, həm COVID
dövründə, həm digər məsələlərdə, Fələstin xalqının üzləşdiyi bu
fəlakətlə bağlı yenə də biz ön sıralarda olmuşuq. Suriyada artıq
Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra
Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar
yardım göstərdi və biz istənilən digər yardımları göstərməyə
hazırıq. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə
heyəti bu yaxınlarda Suriyaya səfər etmişdir.
Bəli, biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu
münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud
olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya
Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin
kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK
terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin
hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və
nəinki tələb edir və buna nail olur. Artıq mən bu məsələyə öz
münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu,
əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən
sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu
münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz
də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq.
Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki
Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu, mümkün ola
bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər Nazirliyinin nümayəndə
heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni,
biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa
bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox
ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün,
sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq.
Ona görə biz çox ümidliyik və Suriyadakı dəyişikliklər bizi
həddindən çox sevindirir. Birinci Türkiyəyə görə, ikinci özümüzə
görə. Çünki 12 il ərzində bizim Suriya ilə heç bir əlaqəmiz
olmayıb. Bizim səfirliyimiz oradan çıxarılıb və Əsəd dönəmində
Suriya hər zaman Ermənistanın yanında idi. Bizə qarşı Ermənistanla
faktiki olaraq birləşmişdi, sadəcə olaraq, Paşinyanın Əsədə
göndərdiyi məktublara, göndərdiyi rəsmi heyətlərə baxmaq kifayətdir
- xarici işlər naziri, parlament spikeri və müavini. Onlar Suriyanı
yaxın müttəfiq sayırdılar və artıq buna da son
qoyuldu.”-dedi.
Lakin təssüflər olsun ki, cəmiyyətdə hələ də beyni, bəzi dini
dairələrin əllərində olan qruplar da mövcuddur və onlar regional
dəyişikliyə yalnız Tehranın maraq dairəsi kontekstində baxırlar. Ən
maraqlsı isə bu şəxslərin Suriyada illərdir davam edən Əsəd
terroruna LAL,KAR,KOR olmalarıdır...
Artıq bölgədə, İransız, məhzəb təəşşübkesşliyi olmayan,
ASALA və PKK terror təşkilatıarın qucaq açmayaan və CAPTAGON
mərkəzi olmayan bir Suriya var...
Suriya, artıq partlayıcı avtomobillər, qətllər, narkotiklər və
böhranlar mənbəyi deyil. Əhməd Şəraa da dünyaya verdiyi messajları
və vədləri yerinə yetirmək istəyindədir.
İranın Suriyadakı məğlubiyyəti, onun regional layihəsini itirməsi
ilə nəticələndi. Tehran, Suriya vasitəsilə Aralıq dənizinə və
silahlandırdığı "Hizbullah" kimi qruplara gedən əlaqələri
itirdi.
Təbii ki,Azərbaycanın xarici siyasətində öncəliklər var,
lakin Suriya kimi terror yuvasının təmizlənməsi olduqca müsbət bir
haldır və rəsmi Bakı da bu fürəti mütləq
dəyərləndirəcək.