BAKI,AzerVoice
Türkiyə ilə Suriya arasında hərbi sahadə anlaşma imzalanacaq.AzerVoice xəbər verir ki, tərəflər arasında ortaq müdafiə anlaşmasının tez bir zamanda imzalancağı gözlənilir.
Razılaşmaya əsasən bundan sonra, Suriya ordusu Türkiyə tərərfindən təlim alacaq.
Anlaşmaya əsasən, Suriya qəfil bir təhlükə ilə üzləşdiyi halda, Türkiyə bu ölkəyə yardım edəcək. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusunu və pilotlarını təlim keçməsi və Türkiyənin Suriyada iki hərbi baza qurması da anlaşmada nəzərdə tutulur.
50 ƏDƏD F-16 YERLƏŞDİRİLƏCƏK
Anlaşma şərtlərinə görə, Türkiyə bu bazalarda Suriya Hərbi Hava Qüvvələrinin güclənməsinə qədər ölkənin suverenliyini hədəf ala biləcək istənilən hücumu önləmək üçün 50 ədəd F-16 qırıcı təyyarəsi yerləşdirəcək.