Əsas səhifə » Türkiyə müdafiə sənayesinin ixracı artacaq

Türkiyə müdafiə sənayesinin ixracı artacaq

Bakı, AzerVoice

Türkiyə müdafiə sənayesinin ixracatının artırılaraq 12 milyard dollara çatdırılmağı planlaşdırılır.

AzerVoice xəbər verir ki, bu haqda TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu məlumat verib.

“Bu il ixracımızı artırmağı hədəfləyirik. Ayda 1 milyard dollara çata bilsək, illik 12 milyard dollara çata bilərik.",- deyə Dəmiroğlu bildirib.

Dəmiroğlu həmçinin, Müdafiə sənayesi ixracatında Avropa bazarına üz tutduqlarını qeyd edib.

Onun sözlərinə görə, Atak helikopterlərinin xarici ölkələrə, xüsusən də Almaniyaya satışı hədəflənib.

“Hazırda Almaniya bizimlə heç bir rəsmi danışıqlar aparmır. Ancaq müdafiə sənayesi arzuolunan vəziyyətdə deyil. Bir gün ATAK-ı Almaniyaya satmağı hədəfləyirik”,- deyə o qeyd edib.

Amerika da daxil olmaqla hər bazara açılmağı hədəflədiklərini vurğulayan Dəmiroğlu, Meksika sərhədini qorumaq üçün ABŞ-a Aksungur İHA-nı tövsiyə etdiklərini açıqlayıb.

Bununla yanaşı, Dəmiroğlu, Afrika və Yaxın Şərq ölkələrinə baxım, təmir və təlim dəstəyi verdiklərini ifadə etdi.

Digər Kateqoriyalar

2025 © Azervoice