Əsas səhifə » İran nə qədər zəifləyib?

İran nə qədər zəifləyib?

BAKI,AzerVoice

Dövlət Departamenti ilə vida nitqində ABŞ-ın sabiq prezidenti Co Bayden İranın “onilliklər ərzində olduğundan daha zəif” olduğunu bəyan etdi. Amma İran nə qədər zəifləyib və həqiqətən nüvə silahı əldə etməyə can atırmı? Bunlar, xarici siyasətini formalaşdırmağa başlayan Tramp administrasiyasının nəzərə almalı olduğu əsas suallardır.

Son 15 ayın İranın "Müqavimət Oxu" adlandırılan təsir dairəsi üçün dağıdıcı olduğu şübhəsizdir. 7 oktyabr 2023-cü il hücumundan sonra İsrailin başladığı amansız çoxcəbhəli müharibə İranın iki əsas müttəfiqi olan HƏMASHizbullahı ciddi şəkildə zəiflədib. Döyüşlər zamanı uzun müddətdir rəhbərlik edən liderlərini itirən hər iki silahlı qrup İsraillə atəşkəsə razılaşıb.

"HƏMAS İran üçün strateji aktiv idi, çünki Qəzzadan İsrailin təhlükəsizliyini təhdid edə bilirdi," – deyə Eurasia Group-un baş analitiki Qriqori Bru bildirib. "Bu məsələ artıq bağlanıb. HƏMAS artıq İran üçün aktiv deyil və böyük ehtimalla bir daha olmayacaq."-deyə o qeyd edib.

Bru əlavə edib ki, Hizbullah da o dərəcədə zəifləyib ki, İran üçün çəkindirici qüvvəyə çevrilməsi illər alacaq. Onun sözlərinə görə, Livanlı silahlı qrup Tehran üçün "strateji aktivdən" "strateji yükə" çevrilib.

Eyni zamanda, ötən ilin oktyabrında İsrailin həyata keçirdiyi zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə və raket istehsalına ciddi ziyan vurub. Bir neçə ay keçməsinə baxmayaraq, İran hədələdiyi cavab zərbəsini endirməyib – çox güman ki, bunu edəcək qədər əlverişli mövqedə deyil.

"İsrailə yenidən hücü edərək ondan daha ağır zərbə almaq molla rejimi üçün olduqca resvayçı bir hadisə ola bilər” – deyə Chatham House-un Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sanam Vakil bildirib. "İran həqiqi, aydın və ciddi bir çətinlik dövrü yaşayır, buna görə də bu yanaşmadan hər nə olursa olsun qaçmağa çalışacaq," – deyə o əlavə edib.

Vakil, İsrailin 7 oktyabr tarixindən etibarən "regionda İranın çəkindirici gücünün çox hissəsini məhv etməyə nail olduğunu, qedy edib və İrandan daha üstün olmasını sübut edib.

Bütün bunlarla yanaşı, Tehran, Əsəd rejiminin çöküşü ilə regiondakı ən yaxın müttəfiqlərindən birini itirib. İran bir il əvvəl regional oyunçu vəziyyətdə idi, – deyə Brew bildirib. "İndi bu vəziyyət məhv olub, və İranın nə qədər itirdiyini Tehranda yaxşı bilirlər" – o əlavə edib.

Hərbi dinamika ilə yanaşı, İranın iqtisadiyyatı beynəlxalq sanksiyaların və sistematik idarəetmə səhvlərinin ağırlığı altında mübarizə aparmağa davam edir və bu, ölkənin siyasi sisteminə və cəmiyyətinə geniş təsir göstərib.

İran indi Prezident Donald Trampın Ağ Evinə qayıtması ilə daha da çətinləşən iqtisadi problemlər və artan təcrid ilə üzləşir. Trampın məsləhətçiləri, onun "maksimum təzyiq" siyasətini bərpa etməsini tövsiyə ediblər – bu, Tehranı 2015-ci il nüvə razılaşmasının daha sərt bir versiyasını danışıqlara məcbur etmək məqsədilə tətbiq olunan məhv edici iqtisadi sanksiyalardır.

Maksimum təzyiq yanaşması Trampın birinci müddətində uğurlu olmayıb. Lakin ABŞ 2020-ci iləd İran ordusunu “göz bəbəyi” Suriya qəssabı Qasi Süleymanini məhv edə bilib. Bu hadisədən sonar Tehran qisas alacaını bəyan edərək,hay-həşir salsa da, heç nə etməyib. Daha sonra isə, Qasimin qurban edilməsindən bəzi mollaların xıbırinin oldğuğu üzə çıxıb, daha doğrusu ABŞ-a onun yeri məhz Tehrandakı dairələr tərəfindən verilib.

Tehranın nüvə proqramı indi 2018-ci ildə Trampın Obama dövrünə aid nüvə razılaşmasından çıxdığı dövrdən daha da inkişaf edib. İrandakı nüvə silahına çatma müddətinin hal-hazırda bir ilə iki həftə arasında olduğu hesab olunur. Bütün bunları nəzərə alaraq, bu amillər Tramp üçün İranın nüvə obyektlərinə hərbi zərbələr endirməyi daha cəlbedici edə bilər.

Amma İranın zəif vəziyyətinə aldanmaq lazım deyil – hələ də ABŞ üçün problemlər yarada bilər və özünü müdafiə etmək qabiliyyətinə malikdir, ekspertlər deyirlər.

"Bəli, İran xeyli zəifləyib, amma hələ də düşmənlərinə raket zərbələri və ABŞ-ın maraqlarını və müttəfiqlərini bölgədə zərər verə biləcək müttəfiqləri vasitəsilə zərər vurma qabiliyyətinə sahibdir" – deyə Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Naysan Rafati bildirib.

"Iran hələ də hərbi gücə malikdir. İnqilab Keşikçiləri hələ də mövcuddur. Ballistik raket donanması hələ də oradadır. Onların dronları hələ də var" – deyə Rafati əlavə edib.

Yanvarın əvvəlində İran genişmiqyaslı hərbi təlimlər keçirdi. İranın yarı-rəsmi SNN xəbər agentliyinin bildirdiyinə görə, təlimlərin əsas məqsədi ölkənin hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmək idi və bu təlimlərdə diqqət çəkən hadisələrdən biri, İranın Natanz nüvə obyektinə qarşı simulyasiya edilmiş hava hücumu idi.

İran, keçən il İsrailə etdiyi dron və raket hücumları ilə nə edə biləcəyini nümayiş etdirdi. Bu hücumlar əhəmiyyətli ziyan vurmasa da, bu, əsasən ABŞ-ın köməyi sayəsində mümkün oldu. Gələcəkdə bənzər hücumlar həm ABŞ, həm də İsrail üçün çətinliklər yarada bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice