Əsas səhifə » Yeni Suriya Ordusunun rəsmiləri və Türkiyə MN hərbi heyəti görüş keçirib

Yeni Suriya Ordusunun rəsmiləri və Türkiyə MN hərbi heyəti görüş keçirib

Bakı, AzerVoice

Milli Müdafiə Nazirliyinin (MN) yüksək səviyyəli hərbi heyəti, Türkiyə və Suriya arasında hərbi və təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədilə Dəməşqə səfər edib.

AzerVoice xəbər verir ki, görüşdə iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və regional sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub.

Bu səfər çərçivəsində, Türk nümayəndə heyəti Suriya Müdafiə naziri general-mayor mühəndis Merhef Əbu Kasra və Baş Qərargah rəisi general-mayor Əli Naasan ilə yüksək səviyyəli görüşlər keçirib.

Bu səfər, Türkiyə ilə Suriya arasında uzun müddətdir davam edən diplomatik təmasların bir hissəsidir. Bundan əvvəl, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın iki dəfə Dəməşqə səfər etmiş və kritik təmaslar keçirmişdi. Eyni zamanda, xarici işlər naziri Hakan Fidan da bölgəyə səfər edərək diplomatik prosesi irəli aparmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice