BAKI,AzerVoice
Yeni Suriya ilə bağlı ən mürəkkəb məsələlərdən biri, Əhməd
əl-Şaraanın rəhbərlik etdiyi Heyət Təhrir əş-Şam (HTŞ) ilə Mazlum
Abdi rəhbərliyindəki ( PKK terror təçkilatının Suriya qolu ) Suriya
Demokratik Qüvvələri (SDQ) arasındakı münasibətlərin
gələcəyidir.
Bu məsələ hərbi, etnik, ideoloji və siyasi problemləri, eyni
zamanda regional və beynəlxalq geosiyasi çərçivələri əhatə edir. Bu
mövzunun nəticəsinin, həm təhdidlər, həm də danışıqlar baxımından
Əsəd sonrası Suriyanın gələcəyini müəyyənləşdirəcək əsas
faktorlardan biri olduğunu söyləmək olar.
Bəşşar Əsədin devrilməsindən sonra Suriya iki əsas bölgəyə bölündü. Birinci bölgə, ölkənin ən böyük hissəsini əhatə edir və Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni idarənin nəzarəti altındadır. Bu bölgədə yeni idarəyə sadiq qalan, Suriya yeni ordusu ilə əməkdaşlıq edən və ya ona qoşulmaq yolunu seçən qruplar yerləşir.
İkinci bölgə isə Suriya ərazilərinin təxminən dörddə birini əhatə edir və terrorçu Mazlum Abdi rəhbərliyindəki SDQ nəzarəti altındadır. Terrorçuların nəzarətində olan bu ərazi özünüidarəetmə, inzibati struktur, həmçinin ölkənin neft, qaz, taxıl və su ehtiyatlarının böyük bir hissəsini ehtiva edir. Həmçinin, bu bölgə Türkiyə, İraq və İraq Kürd Muxtar Bölgəsi ilə sərhədlərə malikdir.
Mövzunun həssaslığı nəzərə alınaraq Əhməd əl-Şaraa ilə Mazlum Abdi arasında gizli bir görüş keçirilib, lakin bu görüşün təfərrüatları artıq məlumdur. Şamda baş tutan bu görüş iki tərəf arasındakı fikir ayrılıqlarının dərinliyini üzə çıxarıb.
Yeni Suriya rəhbərliy, SDQ-nin özünü buraxmasını və 70 minlik döyüşçüsünün yeni Suriya ordusuna qoşulmasını tələb edir. Bundan əlavə, PKK-nın Suriyalı olmayan onlarla rəhbərinin ölkədən çıxarılmasını, türkiyəli rəhbərlərin isə Ankaraya təslim edilməsini istəyir.
Şaraa idarəsi, yerli özünüidarəni ləğv etməklə yanaşı, strateji sərvətlərin Dəməşqə qaytarılmasını, həmçinin Suriya-Türkiyə və Suriya-İraq sərhədlərinin, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya ilə əlaqələrin, İŞİD üzvlərinin və onların ailələrinin saxlanıldığı həbsxana və düşərgələrin idarəsinin yeni hakimiyyətə təhvil verilməsini tələb edir. Bununla yanaşı, kürdlərin hüquqlarını tanımağa hazır olduğunu da bildirir.
Şaraa ilə görüşən Qamışlı heyəti, yeni ordu daxilində hərbi bir
blok olaraq SDQ-nin və özünüidarəetmə strukturunun qorunmasını,
əsgərlərinin ölkənin şimal-şərq bölgələrində xidmət etməsini,
strateji sərvətlərdən sabit bir pay əldə etməyi və sərhədlər
üzərində hərbi nəzarətin davam etdirilməsini istəyib.
Eyni zamanda Baş Nazirlik və Xarici İşlər Nazirliyi qurumlarına
kürdlərin iştirakı və anayasada kürdlərin hüquqlarına dair açıq bir
maddənin yerləşdirilməsi tələbi irəli sürülüb.
Abdi, yeni Suriya hakimiyyətini qəbul etməklə, yanaşı,
mülki sərhəd qapılarının Dəməşqə təhvil verilməsi, Qamışlı və
Həsəkə şəhərlərindəki köhnə rejimin nəzarətində olan “təhlükəsizlik
zonalarının” nəzarətinin yeni hakimiyyətə təhvil verilməsi kimi bir
sıra etimad artırıcı addımlar atılmasını qəbul edib.
Digər tərəfdən tərfələr bundan sonra da görüşlər və dialoqun
aparılmasında razılıq veribsələr də qıssa bir müddət ərzində
müzakirə masasına əlavə elementlərin daxil olmasına səbəb olan bəzi
hadisələr baş verib:
Birincisi, Kürd lideri Məsud Barzani, Türkiyə ilə koordinasiyalı şəkildə Ərbildə Mazlum Abdini qəbul edərək, onu Suriyadakı kürd qüvvələrini birləşdirməyə və PKK-nın qolu kimi deyil, Suriyanın bir hissəsi kimi müzakirələrə davam etməyə təşviq etdi.
İkincisi, Ankara ilə PKK Lideri Abdullah Öcalan arasındakı danışıqların gedişi və təxminən 25 il əvvəl, 15 fevralda tutulub həbs olunmasının ildönümündə bir Kürd-Türk açıqlaması etmək ehtimalı.
Üçüncüsü, ABŞ-ın yeni Xarici İşlər Naziri Marco Rubio, Donald Trump administrasiyasının Suriyalı kürdləri dəstəkləməyə və onların yanında durmağa davam edəcəyini açıqlaması.
Suriyada ciddi müharibə təhdidi hələ də olmasına baxmayaraq, sülhə inam tam olaraq itməyib.