Əsas səhifə » Hizbullah və İran şiə müsəlmanları necə aldatdı...?

Hizbullah və İran şiə müsəlmanları necə aldatdı...?

BAKI,AzerVoice

"Hizbullah"ın və ya "İslam Müqaviməti"nin Şiə dünyasında, xüsusilə Livanda, gücünü artırması uzun bir tarixi və strateji prosesin nəticəsidir. Hizbullah Livan və digər region ölkələrində ciddi təsirlər buraxmışdır.

1990-cı illərin əvvəllərində, müharibə və yoxsulluq içində olan Livanda "Hizbullah" dini və siyasi ideologiyasını gücləndirərək, yerli Şiə cəmiyyətini öz ətrafında cəmləşdirdi. Onlar həm dini, həm də sosial xidmətlər təqdim edərək, vətəndaşlar arasında populyarlıq qazandılar. Bununla yanaşı, təşkilat həm də İsrailə qarşı silahlı müqavimət nümayiş etdirərək Şiə təbəqəsini birləşdirmək üçün nüfuz qazanmağa davam etdi.

Bundan əlavə, "Hizbullah", İranın və Suriyanın dəstəyi ilə Livan daxilində öz təsirini genişləndirdi. Partiya, əsgəri fəaliyyətlə yanaşı, siyasi və sosial sahələrdə də gücünü artırmaq üçün seçkilərdə iştirak etdi və Livan hökumətində təsirli mövqelərə sahib oldu.

İranın və "Hizbullah" güclənməsi cəmiyyətdəki müxtəlif Şiə qrupları arasında birliyi təmin etməyə kömək etdi. Bunun nəticəsində, "Hizbullah"ın təkcə Livanda deyil, həm də regionda bir güc mərkəzinə çevrilməsi mümkün oldu.

Hizbullah daha sonra bütün şiə islam aləmini tərənnüm etməyə başladı ki zaman-zaman bu da ciddi etiraz və müxalif fikirlərin ortaya çıxmasına səbəb oldu.

İranın əmrləri ilə "Hizbullah"ın apardığı "vəkalət müharibəsi" Livan şiələrini hərbi, fiziki və iqtisadi cəhətdən İsrail qarşısında aciz və məğlub etdi.

Bu məğlubiyyət, böyük itkilərə baxmayaraq, Livan şiələrin İrana tabe olaraq öz dövlətlərindən ayrılmalarının nəticəsində ortaya çıxan itkilərlə müqayisədə daha az dəyərə sahibdir. Təəssüf olsun ki, İran ideyası və tehrana bağlılıq Livan şiələrini cəmiyyətdən qopuq və təcrid olunmuş bir hala saldı. Livanda İsrail ilə yaşanan rüsvayçı müharibədən sonra şiə islam cəmiyyətinin toplanması olduqca vaxt aparacaq və olduqca ciddi vəsait tələb edəcək. Əslində bu xərclər deyil, daha yaxşı bir gələcək qurmaq üçün edilən investisiyalardır.
Bu gün Livanda yaşana şiələr Hizbullah və onun timsalında rəzil vəziyyətə düşən İran haqqında eyni fikirdə deyilllər. Əsas hakim fikir isə “ Ölkəni Hizbullah və İran viran qoydu” fikridir.

Livandakı şiə icmasının böyük bir hissəsi hesab edir ki, İran rejiminin şiələrlin, daha doğrusu Hizbullahın əli ilə İsrailə qarşı apardığı müharibə icmanı məhv etdi, çünki onların övladlarının həyatını uğursuz siyasi layihələri uğrunda qurban kimi istifadə etdi.

İcma hesab edir ki, İran livanlıları öz ticari maraqlarına qurban etdi və bu hal davam etdikcə bundan ən çox əziyyət çəkən elə şiə icması olacaq.

Hizbullah və İran Livan şiələrini necə aldatdı?

Problem birinci növbədə ondadır ki, Hizbullah və onun ordusu, ideoloji və təbliğat maşını icmanı onların qoruyucuları olduqlarına ianadıra bildi. Bunun üçün ilk olaraq həm İsrailin həm də digər yerli müsəlman və xristianların siması yalançı düşmən obrazı yaradıld. Davamlı ideoloji propaqanda eləcə də, sünni və xristianları xain kimi göstərmək son olaraq, şiə icmasınnı böyük əksəriyyətinin Livan cəmiyyəti ilə əlaqəsini kəsdi. Bu İran üçün göydəndüşmə fürsət idi. Daha sonra İran Livanın təhsil sisteminə sızdı və Hizbullahın təsiri artdıqca şiə icmasında təhsilə olan maraq azalmağa başladı. Əvvəlki illərdən fərli olaraq, şiə icmasının həyatında İranı məhd edən məhhadlar daha aktiv rol almağa başladılar. Dünyavi Livanda yavaş-yavaş milli müarlar, dini şearlarla əvəz edilməyə başlanəldı. Bu o qədər uğurla və həyata keçirilirdi ki sezilməsi olduqca çətin idi.

Daha sonra Hizbullah Livanın şiə icmasına təçkilatın “ QLOBAL GÜC” olması haqqında yalanı yedirməyə başladı. Güya Hizbullah o qədər bpyük və qlobal gücdür ki, Avropa və Amerika kimi güclər onunla hesablaşır, onu saya və onlarla hesablaşırlar. Təbii ki, müzalif şiələr vəhşicəsinə repressiyalara məruz qalırdı. Hizbullah bunu “ideoloji təmizlik işlərinə” adlandırırdı.

Hizbullah Livan şiə icmasını ələ keçirmək üçün hansı üsullardan istifadə etdi?

Hizbullah yarandığı andan etibarən Vilayət-i Fəqih nəzəriyyəsindən istifadə edərək, dini və siyasi cəmiyyət üzərində ali hakimiyyət kimi dini mərci tanıdı və bununla öz varlığını və İran rejiminə tabe olmasını legitimləşdirdi.

Hizbullah Vilayət-i Fəqih nəzəriyyəsini həm də istisnaedici bir vasitə kimi istifadə etdi. Bu nəzəriyyəyə inanmayanları kənarlaşdırdı və onları dinə qarşı düşmən kimi təqdim etdi. Həmçinin, bu nəzəriyyəni tənqid və etirazları boğmaq və hər hansı bir müxalifəti İslam fıqhına qarşı çıxmaq və dinə qarşı müharibə kimi təqdim etmək üçün istifadə etdi.Dolayısı ilə Hizbullahdan deyilsənsə, XAİNSƏN prinsipi hər zaman tətbiq edilridi.

Hizbullahın bu nəzəriyyədən istifadəsi onun siyasi və hərbi fəaliyyətini (müqavimət) müqəddəs bir hala gətirdi və bu da Şiə cəmiyyətinin sosial və mədəni mühitini öz ideologiyasına uyğun şəkildə formalaşdırmağa kömək etdi. Hizbullah Livanda nəinki tənqid heç müzakirə də oluna bilməzdi. Bunu edənlərin ən yaxşı halda cümə namazları sonrası “üzr videoları” yayınlanırdı.

Siyasi partiyalar, QHT-lər

Hizbullah Şiə cəmiyyəti üzərində nəzarətini möhkəmləndirmək üçün təşkilati strukturlar qurdu. "Şəhid Fondu", "Yaralılar Fondu", "Cihad Binəası", "Tərbiyə Səfərbərliyi", "İslam Səhiyyə Təşkilatı", "Mehdi Skautları", "Qərzül-Həsən" kimi sosial, təhsil, səhiyyə, mədəniyyət və maliyyə qurumları yaratdı. Bu qurumlar yalnız onun kadrları tərəfindən idarə olunur və yalnız Hizbullah üzvləri tərəfindən istifadə olunur. Bu qurumların menecerləri, işçiləri və istifadəçiləri cəmiyyətdə getdikcə artan bir güc qazandılar və bu qurumlar dövlətin rolunu paralel şəkildə yerinə yetirən bir qüvvəyə çevrildi.

Güc strukturlarına sızmaq- “vuran əl olmaq”

Həhlükəsizlik qurumları Hizbullahın şiə cəmiyyəti üzərində hakimiyyətinin əsas dayaq nöqtələrindən biri oldu.Təhlükəsizlik qurumları insanların izlənilməsi və nəzarət edilməsi ilə məşğul oldu. Onlar ictimai və şəxsi məkanları nəzarət altına aldılar. Həmçinin, virtual məkanı izləmək və sosial media istifadəçilərinin, xüsusən də şiələrin yazdıqlarını komanda mərkəzinə çatdırmaq üçün elektron ordu yaratdılar.

Eyni zamanda, Hizbullah "Əhali" adlı bir təhlükəsizlik qurumu yaratdı. Bu qurum baş katibin əmrlərini yerinə yetirir və onun işarəsi ilə hərəkət edir. Təşkilat Hizbullah üçün yarı hərbi bir mülki qüvvə kimi fəaliyyət göstərirdi. Məsələn, "17 Oktyabr" kimi etirazları və nümayişləri dağıtmaq, BMT qüvvələrinə ("UNIFIL") və Livan ordusuna qarşı hücumlar təşkil etmək kimi strategik və siyasi mesajlar çatdırmaq üçün istifadə olunurdu. Bəzi hallarda "Əhali" cənub bölgələrində hər hansı bir mədəni və ya bədii tədbirin keçirilməsinə mane olurdu, çünki bu bölgələr "onların şəhidlərinin qanı ilə sulanmışdı". Hizbullah dövlət içində “Dövlət”ola bilmişdi

Məhz Hizbullahın sayəsində, ona könül verənlər daha sonra bu qurumun yaratdığı qorxu və repressiya mühitinin əsirinə çevrildilər. Nəticədə şiə icması arasında hər hansı bir etiraz hərəkatının və ya fərqli fikrin səsləndirilməsi qadağan oldu.

Müqavimət və siyasət – ikisi bir yerdə

Hizbullah siyasi və müqavimət fəaliyyətini birləşdirərək, onları ayırd etməyi çətinləşdirdi. Beləliklə, heç vaxt cəbhədə olmayan siyasətçi, sadəcə Hizbullah-a mənsub olduğu üçün müqavimətçi deputat və ya müqavimətçi nazir oldu.

Hizbullah Livan şiələri inandırdı ki, onun hər bir hərəkəti müqavimətdir və ona qarşı çıxmaq müqavimətə qarşı çıxmaqdır. Hizbullah Livan şiə icmasını öz maraqlarında- daha doğrusu İran maraqlarında məhartələ istifadə etməyi bacarırdı. İllər keçdikcə Hizbullah livan icitmai siyasi həyatının bütün sahələrinə sıza bildi, turizm, mədəniyyət, idman və media Hizbullahın əsirinə çevrildi.

Hizbullah ilk növbədə Livan şiə icması üçün ciddi təhlükəsizlik təhdidinə çevrildi,düşüncənizi ,kimliyinizi qorumaq üçün “müqavimətin” arxasınca getməlisiniz. Zamanla Livan şiələri Hizbullahın bir hissəsinə çevrildilər.

Hizbullah şiələrin dini hisslərini idarə etməklə yanaşı, onları sırf özünə lazım olan sitqamətdə yönəltməyi bacardı. Bütün bunlarla yanaşı İrana uğrunda son livanlını belə qurban etməyə hazır olan Hizbullah, ölkə əhalisi arasında ciddi qütbləşmə yaratdı. Bu gütbləşmə sosial statusla deyiol, məzhəb və siyasi görüşlə olan qütbləşmə idi.

Şiə müxalif qruplar və Hizbullah...

Livanda olan şiə müxalifəti müxtəlif etiraz qrupları yaratdı, lakin Hizbullah üçün real bir təhlükə yarada bilmədi, çünki onlar parçalanmış və vahid bir rəhbərliyə malik deyildilər. Həmçinin, insanlar üçün etibarlı bir alternativ təqdim edə biləcək möhkəm bir siyasi xəttə malik deyildilər.
Ümumilikdə, Hizbullaha qarşı çıxmaq üçün heç bir siyasi qüvvə meydana çıxmadı. Müxaliflərin ən böyük nöqsanı ondadır ki, onlar öz aralarında vahid bir siyasi xətt yarada bilmədilər.

Repressiya,təzyiq, təhdid və qətllər

Hizbullah yarandığı gündən şiə cəmiyyətində repressiv və avtoritar bir sistem qurdu. Dörd ildən çox müddət ərzində Hizbullah digərlərinin mövcudluğunu qəbul etmək və ya tanımaq istəmədi, yalnız laqeydlik və ya əhəmiyyətsizliklə deyil, həm də ən sərt repressiya və ləğv üsulları ilə bütün müxalif fikrilər susduruldu.

Hizbullah heç vaxt özünü İran rejimi və özü üçün faydalı olmayan hər hansı bir siyasi və ya inkişaf tələbinə cavab verməyə məcbur hiss etmədi. Hər hansı bir etiraz hərəkatı ilə məşğul olmaq üçün silahından istifadə etməkdən çəkinmədi.

Hizbullahın müxaliflərinə qarşı tətbiq etdiyi repressiya onların əksəriyyətini səssizləşdirməyi bacardı və şiə cəmiyyətində həqiqi bir müxalifət hərəkatının inkişafını qadağan etdi.

Hizbullah daxili etrirazı boğmaq üçün İranın maraqlarını müdafiə etdiyi müharibələrdə eldə etdiyi təcrübələrdən belə çəkinmədi.Qanundan kənar milislər və dəstələrlə ittifaq qurdu, xalqlara qarşı düşmənçilik göstərdi. Nəticədə, bu strategiyalar onun əxlaqi çöküşünə səbəb oldu.

Dörd ildən çox müddət ərzində Hizbullah bir çox çətinliklə üzləşdi: İsraillə müharibə, silahına, dövlət üzərində nəzarətinə, xarici müdaxilələrinə və İrana tabe olmasına qarşı siyasi və ictimai etirazlar. Lakin o, bu çətinliklərin üstəsindən gəldi, onları basdırdı və siyasətini davam etdirdi.

Hizbullah bütün bunlarda silahından istifadə etdi, etiraz edənləri öldürdü, kənarlaşdırdı və yalnız öz tərəfdarları, tərəfkeşləri və ona alqış edənlər üçün şərait yatardı.

Bu gün Hizbullah İsrail, sünni ərəb ölkələri üçün təhdid olmaqdan çox, Livanın və eləcə də ona könül bağlayan bütün şiə müsəlmanların düşmənidir.

Digər Kateqoriyalar

2025 © Azervoice