Əsas səhifə » Fələstinlilər ilə İsrail qüvvələri arasında toqquşmalar davam edir

Fələstinlilər ilə İsrail qüvvələri arasında toqquşmalar davam edir

BAKI,AzerVoice

İordan çayının qərb sahilindəki cənubi Cenin bölgəsində fələstinlilər ilə İsrail qüvvələri arasında şiddətli toqquşmalar baş verir.AzerVoice xəbər verir ki, toqquşmalar İsrasil ordusunun Cenin bölgəsindəki Şəhidlər kəndinə daxil olmasından sonra baş verib.Nəticədə İsrail bölgəyə əlavə güclər gətirib.
Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun binaya atəş açması nəticəsində iki yaşlı uşağın öldeyene bildirsə də, İsrail ordusu binada gizlənən silahlı şəxsləri hədəf aldığını bildirib.
Ordu, atışma nəticəsində mülki şəxslərin yaralanmasına dair məlumatların araşdırıldığını da bildirdi.
Fələstin Dövlət telekanalaı isı şənbə günü İordan çayının qərb sahilindəki Nablus şəhərində yerləşən Balata düşərgəsində İsrail qüvvələrinin gülləsinə tuş gələn bir gənc həyatını itirdiyi haqda məlumat verib.
Qeyd edək ki, İsrail ordusu təxminən bir həftə əvvəl qərb sahilində yerləşən Cenin qaçqın düşərgəsində genişmiqyaslı əməliyyatlara başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədinin "terrorizmi məhv etmək" olduğunu bəyan edib və bu məqsədlə buldozerlər, təyyarələr və zirehli hərbi nəqliyyat vasitələrindən istifadə edilir.

Digər Kateqoriyalar

2025 © Azervoice