76
Bakı, AzerVoice
HƏMAS yeni mübadilə mərhələsi çərçivəsində sabah azad edəcəyi dörd israilli qadın girovun adlarını açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat verib.
Məlumata əsasən, yeddi qadın dəyişdiriləcək 33 israilli girovun ilkin siyahısında qaldı.
Bunlar mülki şəxslərdir - Arbel Yehud (29 yaş), Şiri Silberman Bibas (33 yaş), və həmçinin İDF əsgərləri: Liri Albaq (19 yaş), Karina Ariyev (20 yaş), Agam Berger (21 yaş) , Daniel Gilboa (20 yaş ) Naama Levi (20 yaş).
İsrail HƏMAS-a Yehudun bu həftə sonu azad ediləcəyini gözlədiyini bildirib.
Qeyd edək ki, İsrail hakimiyyəti girovların ailələrinə məlumat verilməyənə qədər onların adlarını açıqlamamağı xahiş edib.