Əsas səhifə » HİSAR-O Türkiyə MN-in inventarına daxil edilib

HİSAR-O Türkiyə MN-in inventarına daxil edilib

Bakı, AzerVoice

HİSAR-O Hava Hücumundan Müdafiə Sistemi də daxil olmaqla, Türkiyə Silahlı Qüvvələrinin inventarına yeni müdafiə sənayesi məhsulları daxil edilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiyə Nazirliyi Quru Qoşunları Komandanlığına Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk məlumat verib.

Məlumata əsasən, T-70 Kommunal Helikopteri, Yeni Nəsil T-155 Özüyeriyən Fırtına Haubitsası, Orta Hündürlüklü Hava Hücumundan Müdafiə Raket Sistemi (HİSAR-O),Müasir Piyada Tüfəngi (MPT-76 MH) inventara daxil edilib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi həftəlik mətbuat brifinqi keçirib.

Digər Kateqoriyalar

2025 © Azervoice