Bakı, AzerVoice
Türkiyənin Bolu Kartalkaya Xizək Mərkəzində yerləşən Grand Kartal otelində baş verən yanğında yaralanan 40 nəfər evə buraxılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə səhiyyə Nazirliyi məlumat verib.
Məlumata əsasən 40 nəfər yaralının evə buraxıldığı, 10 nəfərin isə müalicə almağa davam etdiyi bildirilib.
Qeyd edək ki, sözügedən yanğın 21 Yanvar tarixində Türkiyədə Kartalkaya Xizək Mərkəzində oteldə baş verib. Hadisənin yerli vaxtla saat 03:30 radələrində , təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində başladığı bildirilib. Bölgəyə xilasetmə və yanğınsöndürən qurumları göndərilsə də, yanğının qarşısını tez bir zamanda almaq mümkün olmayıb və böyük itkiyə səbəb olub. Hazırda məhkəmə istintaqı prosesi davam edir.