Bakı,AzerVoice
Türkiyənin Bolu Kartalkaya Xizək Mərkəzində yerləşən Grand Kartal
otelində baş verən yanğın nəticəsində həyatını itirən 78 nəfərin
şəxsiyyətləri müəyyənləşib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyindən açıqlama verilib.
Nazirlikdən verilən məlumatda, "Boluda baş verən yanğında
həyatını itirənlərin sayı 78-dir və bütün şəxsiyyətlər müəyyən
edilib" - ifadəsi yer alıb.
Qeyd edək ki, sözügedən yanğın 21 Yanvar tarixində Türkiyədə
Kartalkaya Xizək Mərkəzində oteldə baş verib. Hadisənin yerli
vaxtla saat 03:30 radələrində , təxminən 234 qonağın qaldığı otelin
restoran mərtəbəsində başladığı bildirilib. Bölgəyə xilasetmə və
yanğınsöndürən qurumları göndərilsə də, yanğının qarşısını tez bir
zamanda almaq mümkün olmayıb və böyük itkiyə səbəb olub. Hazırda
məhkəmə istintaqı prosesi davam edir.