BAKI,AzerVoice
COVID-19 ilə bağlı bir neçə sabit məqam var, lakin illər boyu
dəyişməz qalan bir şey var: qışda halların artması. Xüsusilə tətil
günlərindən sonra, daha çox insan xəstələnməyə meyilli olur, çünki
biz qapalı məkanlarda daha çox vaxt keçiririk, mikrobları paylaşır
və infeksiyanı yayırıq.
Gələcək COVID dalğası
Doktor Peter Chen Hong, Kaliforniya Universitetinin (San-Fransisko)
infeksion xəstəliklər üzrə mütəxəssisi, yeni Kocid dalğasının
olduqca yaxında olacağını hesab edir.
Hazırda Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC)
tullantı sularından topladığı məlumatlar ölkə üzrə virusun yüksək
səviyyədə yayıldığını göstərir. Son həftələrdə virusa görə ölüm və
xəstəxanaya yerləşdirmə halları artıb. Hazırda ölkədəki COVID
halları arasında yeni bir variant – XEC – təxminən yarısını təşkil
edir.
Simptomlara diqqət yetirin
COVID-19-un simptomları son bir neçə il ərzində demək olar ki, eyni
qalıb: öskürək, burun tutulması, qızdırma, boğaz ağrısı,
ürəkbulanma, qusma, ishal, nəfəs darlığı, baş ağrısı və bədən
ağrıları. COVID-19-a yoluxmuş insanlar adətən özlərini yorğun hiss
edirlər. Bəziləri isə dad və ya qoxu hissini itirir.
COVID-19-a yoluxan şəxs hər dəfə fərqli simptomlarla qarşılaşa bilər; simptomlar həmişə eyni şəkildə inkişaf etmir. Əgər son dəfə boğaz ağrısı keçirmişsinizsə, bu dəfə daha çox həzm sistemi ilə bağlı simptomlarla qarşılaşa bilərsiniz.
Digər virus xəstəlikləri
Vəziyyəti daha da mürəkkəbləşdirən, indi ABŞ-da sürətlə yayılan
digər xəstəliklərdir: qrip, respirator sinkisial virus
(RSV), boğmaca və pnevmoniya (walking pneumonia).
Çikaqodakı Şimal-Qərb Tibb Mərkəzinin COVID-19 üzrə birgə direktoru, doktor Mark Sala deyir ki, : "Bu il infeksiyalar müxtəlif virusların bolluğundan qaynaqlanır." Hətta test aparılmadan, hansı virusun yoluxduğunuzu bilmək çətin, bəlkə də mümkün deyil.
Laboratoriya PCR testləri COVID-19 diaqnozu qoymaq üçün qızıl
standart olaraq qalır. Bu testlər həkim kabinetlərində,
xəstəxanalarda, təcili yardım otaqlarında və təcili yardım
mərkəzlərində mövcuddur. Lakin evdə istifadə edilən sürətli testlər
daha geniş yayılıb. Həmçinin, həm COVID-19, həm də qrip aşkar edə
bilən yeni testlər də mövcuddur.
Qida və Dərman İdarəsi (FDA) bildirir ki, evdə aparılan
COVID testləri, bir şəxs yoluxmuş olduqda, virusu ən azı 80%
dəqiqliklə aşkar edəcək.
Nathaniel Haver, Massaçusets Universitetinin Chan Tibb Kollecində molekulyar tibb üzrə dosent, deyir ki,: "Əgər COVID simptomları ilə oyandınızsa və əlinizdə sürətli testlər varsa, test etməlisiniz.Əgər testin nəticəsi mənfi olarsa, 48 saat sonra ikinci bir test edin”
Bu ikinci test çox önəmlidir. Adətən, vaksinlər və əvvəlki
infeksiyalar bədənin virusu tanımasını və ona cavab verməsini
asanlaşdırır. Bu,o deməkdir ki, immunitet sisteminiz, virus testin
müsbət nəticə vermədən əvvəl simptomların meydana gəlməsinə qədər
olan müddət ərzində daha həssas olur.
Əgər koronavirusla qarşılaşmısınız, lakin simptomlar
yaşamırsınızsa, bu qarşılaşmadan sonra ən azı beş tam gün gözləməyi
və sonra test etməyi tövsiyə edilir.
İnfeksiyanın insanlara keçməsi
Əgər sürətli testinizin nəticəsi müsbət olarsa, bu, COVID-i başqasına ötürə biləcəyinizin göstəricisidir. Hər bir şəxsin yoluxduruculuq müddəti fərqli ola bilər, amma adətən ən azı beş gün müddətində yoluxdurucu olmağınız gözlənilir. Lakin, əgər bir neçə gün sonra testiniz mənfi nəticə verərsə, çox güman ki, artıq yoluxdurucu deyilsiniz.
Müalicə seçimləri
COVID-19-dan ciddi xəstəlik keçirmə riski yüksək olan şəxslər, o cümlədən 65 yaşdan yuxarı olanlar və ya immun sistemi zəif olanlar, simptomların ortaya çıxmasından təxminən bir həftə ərzində başlanarsa effektiv olduğu düşünülən COVID müalicələrini ala bilərlər.
Həkimlər adətən Paxlovid adlı antiviral dərmanından istifadə edirlər; bu, virusun bədəndə çoxalmasının sürətini azalda bilən bir dərmandır.
Lakin, hər kəs Paxlovid dərmanını qəbul edə bilməz; bu dərman bəzi dərmanlarla pataloji təsir göstərə bilər.Bəzi antipsixoz dərmanları, ürək ritmi pozulmaları üçün istifadə olunan dərmanlar, bəzi miqren dərmanları və digər dərmanlarla qreaksiya verə bilər.
COVID-19-u müalicə etmək üçün daha az istifadə olunan digər variantlar da mövcuddur, o cümlədən Remdesivir, bu antiviral dərman, bədənə inyeksiya yolu ilə tətbiq olunur. Həkimlər bəzi böyüklər xəstələrinə antiviral olan Molnupiravir dərmanını da təyin edə bilərlər.Həkimlər vurğulayıblar ki, vaksinlər ciddi xəstəlik riskini azaldır.