BAKI,AzerVoice
Qəzza müharibəsinin əsas tərəflərindən heç biri 15 ay davam edən döyüşdə heç bir qələbə iddiası qura bilməz. Lakin münaqişə tərəfləri ilə eyni sərhəddi paylaçan Misir bunu iddia edə bilər.
İsrail bu müharibə ilə əsas məqsədlərinə çata bilmədi. “HƏMAS” hərəkatının, Qəzza sahilində hakimiyyəti əlində saxlayan, təsirinin zəiflədilməsi müvəffəqiyyətlə həyata keçirilsə də, bu hərəkat artıq sıralarını bərpa etməyə və yenidən qüvvələrini qurmağa başlayıb.
Müharibə İsrailə böyük maliyyə və itkilərini gətirdi, təxminən 900 əsgər itirildi və oktyabrın 7-də “HƏMAS”ın etdiyi hücumlarda 1200 nəfər həlak oldu. Həmçinin, minlərlə əsgər yaralandı, on minlərlə insan isə müharibə şoku ilə uzun müddət yaşayacaq.
İqtisadi cəhətdən İsrail böyük zərərə uğradı, iqtisadiyyatı hərbi xərclər, mülki xərc və gəlir itkisi səbəbindən onlarla milyard dollar ziyan çəkdi. İqtisadiyyatın bərpası bir neçə ay bəlkə də illərlə çəkəcək.
Digər tərəfdən, “HƏMAS” bu müharibəni Qəzzadakı mülki əhaliyə böyük zərər verərək aparmışdır. Onlar 15 ay ərzində İsrailin hücumları və qorxulu işgəncələri qarşısında əziyyət çəkdilər. Nəticədə, fələstinlilər “HƏMAS”ın artıq Fələstin məsələsi üçün həqiqi azadlıq qüvvəsi olmaqdan çox, bir yükə çevrildiyini başa düşdülər. Bu fikirlər artıq beynəlxalq arenalarda da səsləndirilir.
Qəzzanın bərpası illər, bəlkə də onilliklər alacaq, təbbi ki
əgər bu prosessə beynəlxalq cəmiyyət lazım olan maliyyə
yardımlarını verəcək.
Lakin hələ də əsas sual qalır: Müharibədə həyatını itirən
yaxınlarını, valideynlərini, övladlarını və qardaşlarını itirənlər
necə təzminat ala bilər?
Misir, digər vasitəçilərlə birlikdə, atəşkəsin və məhbus mübadiləsinin təmin edilməsində əsas rol oynayıb, 19 yanvar tarixindən etibarən atəşkəs icra edilməyə başlandı. Əslində, Misir, 2023-cü ilin oktyabrında “HƏMAS” və İsrail arasında müharibə başladığından bəri, bu münaqişəni dayandırmaq üçün yorulmadan səy göstərdi.
Misirin bu məsələyə göstərdiyi ardıcıl səylərin səbəbi, ölkəsinin ərazilərini qorumaq və fələstinlilərin qaçqın olaraq öz ərazilərinə axınına mane olmaq istəyidir. İsrailin hərbi əməliyyatları, aydın şəkildə, Qəzza əhalisini məcburi olaraq Sina yarımadasına köçürməyə yönəlmişdi. İsrail hökuməti bu niyyəti dəfələrlə rəsmi olaraq inkar etmişdi, lakin Şimali Qəzzanın dağıdılması, hərbi infrastrukturun yaradılması və Qəzza sakinlərinin, təxminən 2 milyon insanın, dar bir sahildə sıxışdırılması, Misir sərhədinə yaxın olan bu vəziyyətlər İsrailin bu ərazidə uzun müddət qalmaq, bəlkə də bütün Qəzza bölgəsini birləşdirmək niyyətində olduğunu göstərirdi.
İlhak fikri, sağçı ekstremist nazirlər və İsrailin məskunlaşma tərəfdarlarından açıq dəstək və təbliğat gördü. Onlar Qəzza sakinlərini "öz-özünə könüllü getməyə" məcbur etməyin vacibliyi barədə tez-tez danışırdılar. Bu prosesi sürətləndirmək üçün İsrail Qəzzanı yaşamaq mümkün olmayan bir cəhənnəmə çevirdi.
Misir, bu inkişafları artan narahatlıqla izləyirdi və Qəzzanın
şimal-şərqində, 12 kilometrlik sərhəd boyunca yerləşən Sina
yarımadasında gərginliyin artmasını diqqətlə izləyirdi. Qahirə,
belə planlara qarşı qəti etirazını təkrarladı və regiondakı hərbi
mövcudluğunu gücləndirdi.
Belə bir köçürmə baş versəydi, bu, dərin nəticələrə yol
açar və Misir ilə İsrail arasında onilliklər davam edən sülhü
təhdid edərdi. Fələstinlilərin böyük bir hissəsinin Sina
yarımadasına axması, Misiri İsrailə qarşı mübarizəni davam etdirmək
üçün bir bazaya çevirərdi, bu da regionda sabitliyi daha da
pozardı. Lakin atəşkəs razılığı bu ssenariləri müvəqqəti olaraq
dayandırdı və bütün tərəflər üçün əhəmiyyətli bir fürsət
yaratdı.
Əgər məcburi köçürmə ssenarisi baş versəydi, Misir özünü dərin bir dilemma qarşısında tapardı və Qəzza sərhədində yerləşən Misir qüvvələri mümkün olmayan bir seçimlə üzləşərdi. Bir tərəfdən, onlar ölüm və aclıqdan qaçan yüzminlərlə fələstinli ilə Sina yarımadasına sığınmağa çalışanları saxlamaq məvburiyyətində qala bilərdi. Digər tərəfdən isə, bu şəxslərin Sina yarımadasına keçməsi, daimi köçürməyə səbəb olardı və Qəzzadakı döyüşlər dayansa belə, onların geri dönməsi çox çətin olardı.
Misir həmişə bu ehtimalı rədd edib və heç bir şəkildə bu məsuliyyəti öz üzərinə götürməyəcəyini bildirib. Qahirə bilirdi ki, Qəzzanın sakinlərindən təmizlənməsi, eyni şəkildə İordan Çayının Qərb sahili sakinlərinin İordaniyaya köçürülməsinə səbəb ola bilər, bu da sağçı israilli siyasətçilər tərəfindən açıq şəkildə dəstəklənirdi. Buna görə də Misirin qətiyyətli etirazı, Fələstin məsələsinin sona çatmasına və İsrailə on illərlə davam edə biləcək bir hədəfi qısa yoldan əldə etməsinə imkan verəcək belə inkişafların qarşısını almışdır.
Əslində, İsrailin məcburi köçürmə planlarının uğursuz olması, Fələstin xalqının müstəqil dövlət qurulması uğrunda mübarizəsini gücləndirir və Fələstin dövlətinin qurulmasını gerçəkləşdirmək üçün daha yaxınlaşdırır. Bu, yalnız Fələstin hökumətinin Qəzza bölgəsində inzibati və təhlükəsizlik məsuliyyətlərini üzərinə götürə biləcək bir formulanın ortaya çıxması halında mümkündür. Lakin İsrail bu ehtimalı ciddi şəkildə rədd edir, çünki bu, Fələstin dövlətinin qurulmasına böyük bir addım atmaq deməkdir və əksinə, regional və beynəlxalq səviyyədə Fələstin hökumətinin Qəzzanı idarə etməsi üçün artan bir dəstək mövcuddur.
Hazırkı atəşkəs, əsasən "HƏMAS"ın səhnədə qalmasına imkan verir, baxmayaraq ki, Qəzza üzərindəki hakimiyyətinin davam etməsinə qarşı müxalifət artmaqdadır. Razılaşmaya görə, " HƏMAS " 42 gün davam edəcək birinci mərhələdə 33 israilli girovu azad edəcək, daha sonra isə digər girovların azad edilməsi ilə bağlı danışıqlar başlayacaq. Bu mərhələli yanaşma, " HƏMAS "ın ən azından girovların tamamilə azad olunana qədər Qəzza üzərində nəzarəti qorumasını nəzərdə tutur.
Lakin, " HƏMAS "ın gələcəyi uzun müddətli baxışda qeyri-müəyyəndir. Təxminən, " HƏMAS" girovların azad edilməsi ilə Qəzza üzərindəki nəzarətini itirəcək və bu, onun siyasi gələcəyini qeyri-müəyyən vəziyyətə salacaq, təkcə Qəzzada deyil, həm də İordan çayının qərb sahilində , burada onun populyarlığı artıq azalıb, çünki son döyüşlərdə yaranan dağıntılar və itkilər, adi fələstinlilər arasında hərəkətin dəstəyi ilə bağlı daha çox aşınmaya səbəb olub.
Digər tərəfdən hal hazırda" HƏMAS " beynəlxaql ictimaiyyət tərəfindən təcrid olunmuş vəziyyətdədir.Xüsusilə İran və "Hizbullah"ın, ənənəvi dəstəkçilərinin, üzləşdiyi geriləmələr fonunda vəziyyət daha da pislənir. İranın dəstəyinin azalması və Qəzzadakı vəziyyətin pisləşməsi, hərəkətin siyasi gələcəyində mühüm dönüş nöqtəsi ola bilər.
Bu inkişaf Misir üçün qızıl bir fürsət təqdim etdi, çünki Misir
hər zaman " HƏMAS " hərəkətinə şübhə ilə yanaşmışdır, xüsusilə də
onun "Müsəlman Qardaşlar" hərəkatı ilə əlaqəsi səbəbindən. Bu
hərəkat, 2012-ci ilin ortalarından 2013-cü ilin ortalarına qədər
Misirdə hakimiyyətdə olmuş, sonra isə Misir ordusu tərəfindən
devrilmişdi.
Lakin Misir, Qəzza ilə əlaqə yollarını məhdud saxlayır və bu
əlaqələri strateji üstünlük kimi istifadə edir. 2007-ci ildən
etibarən İsrail Qəzza ilə bütün digər keçid məntəqələrini
bağladığından, Sina yarımadası, Qəzza ilə dünya arasında yeganə
əlaqə nöqtəsi halına gəldi, bu da Qahirəyə hərəkət üzərində böyük
təsir gücü verir. " HƏMAS "ın Misir sərhədinə yaxın bir bölgədə
hakimiyyətinin sona çatması, Misir üçün mühüm təhlükəsizlik qazancı
olacaqdır, xüsusilə də bir çox təhlilçilər bu hərəkəti, təxminən
bir onillik müddətində Misir ordusuna qarşı mübarizə aparan İslam
Dövləti döyüşçülərini dəstəkləməkdə ittiham edirlər. Baxmayaraq kı
HƏMAS və İŞİD arasında nə ideoloji nə də siyasi bənzərlik
yoxdur.
Misirin siyasi meydana geri dönməsini İsraildəki sağçı siyasətçilər hazırkı atəşkəs razılaşmasını öz yanaşmalarının məğlubiyyəti və " HƏMAS"a güzəşt olaraq görürlər. Bu hiss, yaxın həftələrdə və ya aylar ərzində döyüşlərin yenidən başlaması ehtimalını artıra bilər. Hətta İsrailin baş naziri Benyamin Netanyahu, razılaşmanı qəbul etməkdə çətinlik çəkdi, çünki bunun onun zəif koalisiya hökumətinin sabitliyini pozacağı qorxusu vardı. Lakin Misir bu razılaşmanın həyata keçirilməsində mühüm bir vasitəçi rolunu oynadı və bu Qahirənin siyasi üstünlüyü idi.
Misir, 2011-ci ildə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra daxili iqtisadi, siyasi və təhlükəsizlik böhranları səbəbindən bölgədəki mövqeyini itirmişdi. Ölkə ardıcıl borc böhranları, Sina yarımadasında təkrarlanan terror hücumları və islamçıların hakimiyyətə gəlməsi təhlükəsi ilə üzləşərək regional səhnədən təcrid olunmuşdu. Lakin Qəzza böhranı Misirə öz mövqeyini beynəlxalq arenada yenidən təsdiqləmək fürsəti verdi. İnsani yardımların Qəzzaya girməsinin asanlaşdırılması ilə yanaşı, Misir bu regionun gələcəyini müəyyənləşdirməkdə əvəzolunmaz bir tərəfdaş olaraq öz mövqeyini gücləndirdi.
Yeni ABŞ administrasiyasının hakimiyyətə gəlməsi ilə, Misirin bu böhrandakı rolu, Misir-ABŞ əlaqələrinin gələcək dörd il ərzində müəyyən edilməsində əhəmiyyətini artırır.